Konfrans keçiriləcək
16/10/2022Mexanika-Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə 2022-ci il noyabr ayının 28-29-da fizika-riyaziyyat elmləri doktoru, professor, akademik İbrahim İbiş oğlu İbrahimovun anadan olmasının 110–cu ildönümünə həsr olunmuş
«Funksiyalar nəzəriyyəsi, funksional analiz və onların tətbiqləri»
mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın məqsədi:
Funksiyalar nəzəriyyəsi, funksional analiz və onların tətbiqləri sahələrində prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırılmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsi.
Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
1. Funksiyalar nəzəriyyəsi:
- Yaxınlaşmalar nəzəriyyəsi
- Harmonik analiz
- Həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
- Hesablama riyaziyyatı və informasiya texnologiyaları
2. Funksional analiz və onun tətbiqləri:
- Diferensial tənliklər
- Operatorların spektral nəzəriyyəsi
- Cəbr, həndəsə və topologiya
- Bərk cisim, qaz və maye mexanikası
Konfransın işçi dilləri:
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Konfrans materiallarının hazırlanma qaydaları:
Materialın həcmi |
A5 formatlı 3 səhifədən çox olmamaqla. Bütün səhifələrdə boş sahələr saxlanmalıdır (sağdan – 10 mm, soldan – 20 mm, yuxarıdan – 20 mm və aşağıdan – 20 mm olmaqla). |
Məruzənin adı |
Şrift ölçüsü 10, çap hərfləri ilə, mərkəzdə, interval 1,0. |
Məruzənin mətni |
Şrift Arial, şrift ölçüsü 11, interval 1,0. Formullar “Microsoft Equation“ vasitəsilə yığılmalıdır, şrift ölçüsü 11. |
Müəlliflər |
Müəlliflərin adı, atasının adı, soyadı yazılmalıdır. |
Təşkilatın adı |
Hər biri yeni sətirdən, kursivlə yazılmalıdır. |
Elektron poçt ünvanları |
|
Ədəbiyyat siyahısı |
Siyahı nömrələnməlidir, məruzənin mətnində ədəbiyyat istinadları kvadrat mötərizələrdə verilməlidir. Ədəbiyyat siyahısında müəlliflərin inisialları soyaddan qabaq, probelsiz yazılmaldır. |
Müəl. məlumat |
S.A.A.,iş yeri və vəzifəsi, elmi adı, elmi dərəcəsi, əlaqə nömrəsi. |
Konfransda iştirak etmək istəyənlər məruzənin elektron versiyasını elektron poçtla conference.mechmath@bsu.edu.az ünvanına göndərməlidirlər (Nümunə)..
Tezislərin qəbulu 10 noyabr 2022-ci il tarixinə qədərdir.
Əlavə məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz.
TƏŞKİLAT KOMİTƏSİ
AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23,
BDU Mexanika-Riyaziyyat fakültəsi
Əlaqə telefonları: (012) 539 04 93
(050) 787 71 91, (055) 233 00 72
Email:conference.mechmath@bsu.edu.az