Magistr dissertasiyalarının müdafiəsi olub

27/06/2019

 

Mexanika ixtisası üzrə magistrlərin növbəti buraxılışı

BDU-nun mexanika-riyaziyyat fakültəsində 27.06.2019 tarixində magistrlərin 2017-2019 tədris illəri üzrə dissertasiya işlərinin  müdafiəsi olmuşdur. 060502 Mexanika ixtisası üzrə Maye, qaz və plazma  mexanikası və Deformasiya olunan bərk cisim mexanikası üzrə 4 nəfər magistr-Mahmudzadə Təhminə Mahmudağa qızı, Mürsəlzadə Ziba Ayaz qızı, Mustafayev Zamin Səxavət oğlu və Sultanov Babək Nizami oğlu yüksək qiymətlərlə dissertasiya işlərini müdafiə etmişlər. Müdafiədə fakültə dekanı prof. N.İsgəndərov, komissiyanın üzvləri, fakültənin müəllimləri və dissertasiya işlərinin rəhbərləri iştirak etmişlər. Akad. H. Quliyev, Dövlət Attestasiya Komitəsinin sədri akademiyanın müxbir üzvi Q. Pənahov tələbələrin cavabını yüksək qiymətləndirmiş və onlara uyğun ixtisas üzrə doktoranturaya qəbul olmalarını tövsiyə etmişdir.

 

 

Bookmark and Share