Mexanika-riyaziyyat fakültəsi aliminin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən jurnalda dərc olunub
27/06/2020Məqalə bir dördüncü tərtib tənlik üçün qoyulmuş tərs sərhəd məsələsinin klassik həllinin varlığı və yeganəliyi məsələlərinin öyrənilməsinə həsr olunmuşdur. Əvvəlcə baxılan məsələ köməkçi ekvivalent məsələyə gətirilmiş və sıxılmış inikas prinsipinin köməyi ilə ekvivalent məsələnin həllinin varlığı və yeganəliyi göstərilmişdir. Sonra isə ekvivalentlik faktından istifadə edərək qoyulan məsələnin yeganə klassik həllinin olduğu isbat olunmuşdur.
Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:
http://journals.tubitak.gov.tr/math/issues/mat-20-44-2/mat-44-2-19-1912-51.pdf