Mexanika-riyaziyyat fakültəsi alimlərinin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən yüksək impakt faktorlu jurnalda nəşr olunub
12/07/2020Məqalədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsi tədqiq olunmuş, funksionalın infimumunun sıfıra bərabər olduğu hal araşdırılmış, qoşma məsələ daxil olunmuş və variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlər tapılmışdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:
https://onlinelibrary.wiley.com/doi/10.1002/oca.2641