Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı

19/02/2020

Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatının hesabat seçki yığıncağı keçirilmişdir. Yığıncaqda əvvəlcə fakültə Həmkarlar təşkilatının bürosunun sədri dos.H.D.Fəttayevin 2017-2019-cu illər üzrə hesabatı dinlədildi. Sonra isə hesabata dair müzakirələr keçirildi. Müzakirələrdə çıxış edən prof.N.İsgəndərov, Tarix fakültəsi Həmkarlar təşkilatının sədri, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin büro üzvü Ə.Dadaşov, dos.S.Y.Əliyev, dos.Y.Sevdimalıyev, dos.S.C.Əliyev hesabatın qənaətbəxş olduğunu, dos.H.D.Fəttayevin rəhbərliyi altında Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatının bürosunun fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd etdilər. Daha sonra Həmkarlar təşkilatının bürosunun yeni heyəti seçildi. Yeni seçilmiş büronun iclasında vəzifə bölgüsü aparıldı və dos.H.D.Fəttayev yekdilliklə Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatının sədri seçildi.

 

Bookmark and Share