Mexanika-riyaziyyat fakültəsində ümumi virtual elmi seminar keçiriləcək

25/06/2020

Məruzədə ikitərtibli xətti hiperbolik tənlik üçün qarışıq məsələdə iki aralıq müşahidə anları olan kvadratik funksionallı başlanğıc idarəetmə məsələsi haqqında danışılacaqdır. Funksionalın infimumunun sıfıra bərabər olduğu hal, qoşma məsələnin daxil olunması və variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri və kafi şərtlərin alınması haqqında geniş məlumat veriləcəkdir.

Vebinarda iştirak etmək istəyənlər elvinazizbayov@bsu.edu.az ünvanına müraciət edə bilərlər.

Bookmark and Share