Mexanika-riyaziyyat fakültəsində növbəti ümumi elmi semiar keçiriləcək
11/02/2020Məruzədə dördüncü tərtib adi diferensial tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunur. Potensial sıfırdan fərqli olduğu halda dördüncü tərtib tamam requlyar xətti Şturm sistemlərinin məxsusi funksiyalarının və onların törəmələrinin ossillyasiya xassələri, dördüncü tərtib tamam requlyar qeyri-xətti Şturm sistemlərinin bifurkasiya nöqtələrinin strukturu və bu sistemlərin həlləri çoxluğunun xətti sistemin məxsusi funksiyalarının və onların törəmələrinin ossillyasiya xassələrinə malik siniflərdə yerləşən komponentlərinin RxC3 fəzasında özünü aparması haqqında məlumat veriləcəkdir.
Fakültənin professor-müəllim heyətini, magistrantları və tələbələrini seminara dəvət edirik.