Mexanika-riyaziyyat fakültəsində novbəti ümumi virtual elmi seminar keçiriləcək
12/11/2020Məruzədə kompleks ədədlərin {an} ardıcıllığının an+k = q1an+ q2an+1+...+ qkan+k-1 şərtləri daxilində özünü necə aparması haqqında danışılacaqdır. Belə ardıcıllıqlar analiz, tərpənməz nöqtə nəzəriyyəsinin, dinamik sistemlər, xaos və s. nəzəriyyələrin bir sıra məsələlərində ortaya cıxır. Belə ardıcıllıqların köməyilə bəzi fərq operator matrislərin spektral xassələri öyrənilir.
Vebinarda iştirak etmək istəyənlər rahimova.kamala@bsu.edu.az ünvanına müraciət edə bilərlər.