Mexanika-riyaziyyat fakültəsinin alimləri “HORIZON 2020” beynəlxalq qrant müsabiqəsinin qalibi olublar

07/07/2020

Almaniyanın İlmenau Texniki Universitetinin koordinatorluğu ilə baş tutan layihədə Çex respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Almaniyanın Lübeck Universiteti iştirakçılar, Qazaxstan Respublikası Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutu, Bakı Dövlət Universiteti, Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Daşkənd Turin Politexnik Universiteti isə tərəfdaş elmi müəssisələr qismində iştirak edir.

Qrant layihəsinin məqsədi Almaniya, Azərbaycan, Belarus, Çex respublikası, Qazaxstan, Özbəkistan, Ukrayna ölkələrinin universitetləri və elmi tədqiqat mərkəzləri arasında əməkdaş mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır. Layihənin icra müddəti 1 aprel 2020 – 31 mart 2024, büdcəsi 883200 avro, maliyəşmə sxemi - Marie Skłodowska-Curie Research and Innovation Staff Exchange (RISE) kimidir.

Layihədə Bakı Dövlət Universitetini Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, Azərbaycan MEA-nın akademiki Fikrət Əliyev (layihənin Azərbaycan üzrə kordinatoru), Mexanika-riyaziyyat fakültəsinin dekanı, f.-r.e.d., professor Nizaməddin İsgəndərov, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi katibi, f.-r.e.n., dosent Nərgiz Səfərova, Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti, f.-r.e.n. Elvin Əzizbəyov, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d. Nazilə Hacıyeva, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, f.-r.e.n., dosent Qəmər Məmmədova və Mexanika-riyaziyyat fakültəsinin İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının əməkdaşı (hazırda Almaniyanın  Duisburg Essen universitetində çalışır), r.ü.f.d. Aysel Ramazanova təmsil edirlər.

Layihə haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://cordis.europa.eu/project/id/873071.

Bookmark and Share