Mexanika-riyaziyyat fakültəsinin bir qrup müəllim və tələbə heyəti 12.10.2010-cu il tarixində 1 saylı körpələr evinə qonaq oldular.
13/11/2010Atılmış bu addim çox xeyirxah bir işdən xəbər verir. Bizim gələcəyimiz olan bu körpələrin sağlam, vətənə yararlı bir övlad kimi yetişmələri üçün bu müəssisələrin işinə bizim də yardımımız çox lazımdır. Belə tədbirlərin keçirilməsində məqsədimiz kimsəsiz uşaqlara mənəvi dəstəkdən əlavə tələbələrimiz arasinda xeyirxahlıq və humanistlik hisslərini aşılamaqdan ibarətdir.
Biz hamılıqla bu işi dəstəkləyir və müəllim-tələbə kollektivi tərəfindən bu tədbirlərin davamlı olmasının əzmindəyik.
