MEXANIKA-RIYAZIYYAT FAKÜLTƏSININ HESABLAMA RIYAZIYYATI KAFEDRASININ GENIŞLƏNDİRİLMİŞ SEMINARI

12/10/2011


Məruzənin qısa annotasiyası aşağıdakı kimidir: 
Hazırda neftqazçıxarmada, energetikada, neftkimyada, tibbdə, aviasiyada, gəmiçilikdə, seysmikada və s. sahələrdə nəzarət, monitorinq və idarəetmə sistemləri uyğun vericilərin (sensorların) çıxışları

ndan  alınansiqnalların analizi texnologiyaları əsasında işləyirlər. Real texniki obyektlərdə qəzalara səbəb ola biləcək  defektlər (qüsurlar) yarandıqda siqnallar küylə qarışdiğından xətalar alınır və sistem ilk anlarda yaranmış vəziyətin adekvat qiymətini tapmır. Alınan səhv bir müddət obyektin əlverişli normal rejimdə işlənməsini pozur. Bu isə, bəzən böyük fəlakətlə nəticələnən qəzalara səbəb olur. Həmin problemi həll etmək üçün Telman Əliyev tərəfindən: siqnalların robast analizi texnologiyaları və nəzəriyyəsi;  stoxastik proseslər üçün identifikasiyanın, tanınmanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən nəzəriyyə və texnologiyalar; siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi analizi texnologiyası və nəzəriyyəsi; dövrü küylü siqnalların mövqeli-binar analizi texnologiyası və nəzəriyyəsi yaradılmışdır.

Bu işlər əsasında qəzaların gizli dövrünün robast noise-monitorinqi  nəzəriyyəsi və texnologiyaları təklif edilmişdir.

Onlar hazırda seysmikada, neftqazçıxarmada, tikintidə və s. sahələrdə tətbiq edilməyə başlamışdır. Onlardan seysmikanı xüsusi ilə qeyd etmək olar. İstismarı dayandırılmış neft quyularının polad borularından akustik kanal kimi istifadə etməyin mümkünlüyünün elmi əsasları hazırlanmış və onun əsasında zəlzələni yaradan anomal seysmik proseslərin monitorinqinə imkan verən seysmoakustik telemetrik stansiyanın qurulma prinsipləri təklif edilmişdir. Stansiyanın eksperimental variantı Qum adasında 3500 m dərinlikli 5 №-li neft quyusunda quraşdırılmış və istismara verilmişdir. Alınan eksperimental nəticələr göstərmişdir ki, stansiya zəlzələdən 5-20 saat əvvəl onu yaradan anomal seysmik prosesi qeyd etmək imkanına malikdir. Stansiyanın yeniliyi beynəlxalq  və Avrasiya patentləri ilə təsdiq edilmiş, ABŞ-da “Seismic Instruments” jurnalının  2011 ilin 1№-də nəşr edilmişdir.

Maraqlanan bütün alimlər seminarda iştirak edə bilərlər.

Bookmark and Share