Mexanika-riyaziyyat fakültəsinin növbəti elmi semiarı
17/04/2018İş Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr edilib. Burada kanonik vahid vektorlar sistemi bazis əmələ gətirən hər hansı skalyar ardıcıllıqların Banax fəzasına baxılır. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert sistemlərinin ümumiləşmələri verilir. Belə sistemlər üçün kriteriyalar və onlar arasındakı münasibət öyrənilir. Göstərilmişdir ki, hər bir Hilbert sistemi minimal olur. Minimal olmayan Bessel sistemlərə aid misallar gətirilir.
Arzu edənləri seminara dəvət edirik.