Mexanika-riyaziyyat fakültəsinin növbəti elmi semiarı

19/04/2018

Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında danışılacaq. Sonra düzbucaqlı oblastda ikinci tərtib parabolik tənlik üçün inteqral şərtli qeyri-lokal tərs məsələnin qouluşu və həmin məsələnin klassik həllinin tərifi veriləcəkdir. Baxılan məsələ ona ekvivalent olan sərhəd məsələsinə gətirilərək, sıxılmış inikas prinsipinin köməyi ilə uyğun köməkçi məsələnin həllinin varlığı və yeganəliyi isbat ediləcəkdir. Nəhayət, bu ekvivalentlikdən istifadə etməklə baxılan məsələnin klassik həllinin varlığı və yeganəliyi göstəriləcəkdir.

Arzu edənləri seminara dəvət edirik.

Bookmark and Share