Mexanika-riyaziyyat fakültəsinin növbəti seminarı keçirilib
08/05/2018Məruzədə metrik fəzaların ümumiləşməsi olan B-metrik, G-metrik, D-metrik, D*-metrik, S-metrik fəzalar haqqında danışılıb. Daha sonra metrik fəzaların bir başqa ümumiləşməsi olan soft və soft S-metrik fəzalar haqqında məlumat verilib. Bu fəzaların topoloji strukturu araşdırılıb, kompakt çoxluqlarla bağlı teoremlər isbat olunub və sonda bu fəzalarda sabit nöqtə haqqında Banax teoreminin bir variantı təqdim edilib.
Sonra məruzəçi seminar iştirakçıları tərəfindən verilən sulları cavablandırıb.