Mexanika-riyaziyyat fakültəsinin növbəti seminarı keçirilib

18/04/2018

Məruzədə Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında danışılıb. Burada kanonik vahid vektorlar sistemi bazis əmələ gətirən hər hansı skalyar ardıcıllıqların Banax fəzasına baxılıb. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert sistemlərinin ümumiləşmələri verilib. Həmçinin belə sistemlər üçün kriteriyalar və onlar arasındakı münasibətlər araşdırılımışdır. Məruzəçi göstərdi ki, hər bir Hilbert sistemi minimal olur. Bundan başqa minimal olmayan Bessel sistemlərə aid misallar gostərilb.

Sonra məruzəçi seminar iştirakçıları tərəfindən verilən sulları cavablandırıb.

Bookmark and Share