Mexanika-riyaziyyat fakültəsinin növbəti seminarı keçirilib

24/04/2018

Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında danışılıb. Sonra düzbucaqlı oblastda ikinci tərtib parabolik tənlik üçün inteqral şərtli qeyri-lokal tərs məsələnin qouluşu və həmin məsələnin klassik həllinin tərifi verilib. Baxılan məsələ ona ekvivalent olan sərhəd məsələsinə gətirilərək, sıxılmış inikas prinsipinin köməyi ilə uyğun köməkçi məsələnin həllinin varlığı və yeganəliyi isbat edilmişdir. Nəhayət, bu ekvivalentlikdən istifadə etməklə baxılan məsələnin klassik həllinin varlığı və yeganəliyi göstərilib.

Sonra məruzəçi seminar iştirakçıları tərəfindən verilən sulları cavablandırıb.

Bookmark and Share