Mexanika-riyaziyyat fakültəsinin tələbələri fakültələrarası yarışmanın qalibi olublar

15/12/2018

BDU Tələbə Gənclər Təşkilatı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində növbəti tədbirini keçirib.
Belə ki, Dövlət proqramının uyğun olaraq 2.1.23. gənclərin asudə vaxtının səmərəli təşkili bəndinə əsasən intellektual oyun keçirilib.
Oyun zamanı universitetimizin tarixi, ümumi tarix, məntiq, dünyagörüşünü əhatə edən ümumi suallar səsləndirilib.

Əyləncəli eləcə də gərgin dəqiqələrlə keçən yarış, fakültə TGT -lərinin maraqlı cavabları ilə yadda qalıb. Yarışmanın nəticələrinə uyğun olaraq 3-cü yeri Coğrafiya və Şərqşünaslıq, 2-ci yeri Tarix və Sosial elmlər və psixologiya fakültələri tutub.
Yarışmanın qalibi isə Mexanika-riyaziyyat fakültəsini təmsil edən komanda olub. Komandanın tərkibi aşağıdakı kimidir:
- Lalə-nur Məhərrəmli
- Aynurə İsamalıyeva
- Ceyran Məmmədova
- Vüqar Abasov

Bookmark and Share