MEXANİKA-RİYAZİYYAT FAKÜLTƏSİNİN HƏMKARLAR TƏŞKİLATININ HESABAT-SEÇKİ YIĞINCAĞI
06/03/2012Mexanika-riyaziyyat fakültəsinin dekanı prof. N.Ş.İsgəndərovun sədrlik etdiyi iclasda əvvəlcə fakültə Həmkarlar Təşkilatı Bürosunun 2010-2011-ci illər üzrə hesabatına dair dos. H.D.Fəttayevin məruzəsi dinlənildi. Sonra isə hesabat məruzəsi ilə baglı ATİAHİ Respublika Komitəsinin sədr müavini M.H.Cəfərzadə, BDU Həmkarlar İttifaqı Komitəsinin sədri dos. F.A.Şiriyev, Mexanika-riyaziyyat fakültəsinin dekanı prof. N.Ş.İsgəndərov, Cəbr və həndəsə kafedrasının müdiri, dos.V.Ə.Qasımov, Meхanika-riyaziyyat fakültəsinin bakalavr pilləsi üzrə dekan müavini, dos. S.Y.Əliyev və Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasınin dosenti R.M.Babayevin çıxışları oldu. Hesabat məruzəsi qənaətbəxş qiymətləndirildi və Həmkarlar Təşkilatı Bürosunun yeni tərkibi təsdiq olundu.