Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında məlumat verildi
29/09/202229 sentyabr 2022-ci il saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Diferensial və inteqral tənliklər kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı, f.r.e.n., dosent Elvin Əzizbəyov “İkinci tərtib parabolik tənliklər üçün qeyri-lokal şərtli tərs sərhəd məsələləri” mövzusunda məruzə etdi.
Məruzədə tərs məsələlər, onların təstnifatı və tətbiq sahələri haqqında məlumat verildi, birölçülü və ikiölçülü parabolik tənliklər üçün həm zaman, həm də fəza dəyişənlərinə görə qeyri-lokal şərtli tərs sərhəd məsələlərinin klassik həllinin varlığı və yeganəliyi göstərildi. Sonra baxılan tərs məsələlərə uyğun bəzi ədədi üsulların nümunələri verildi, onların MatLab riyazi proqram paketindən istifadə etməklə ədədi həlləri və qrafikləri nümayiş olundu.