Ümumfakültə seminarı keçiriləcək

20/05/2021

27 may 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Yusif Məmmədəli oğlu Sevdimaliyev “Konstruksiya elementlərinin  və cisimlərin yükdaşıma qabiliyyətlərinə ətraf  mühitin  təsirinin  statika və dinamika məsələləri” mövzusunda   məruzə edəcəkdir.

Məruzədə tədqiqat obyekti olaraq üçlaylı sferanın qeyri-ideal kontakt şərtlərində dinamika məsələsinə baxılır və sərbəst rəqslərin tezliyin kontakt şərtlərindən asılılığının analizi aparılır. Məsələnin riyazi modelinin qurulması uyğun sərhət və laylararası kontakt sərtlərində hissə-hissə bircins cisimlər üçün elastikiyyət nəzəriyyəsinin və riyazi fizika məsələsi olaraq ayrılıqda hər bir oblast  üçün modelləşdirilməsinə gətirilir. Məsələ  disret-analitik metodla həll edilir. Məchul funksiyalar Helmholsun üç funksiya vasitəsilə ayrılışı düsturları kimi ifadə olunur və Füryenin dəyişənlərə ayırılma üsulunun tətbiqi ilə təyin olunur. Çoxlaylı seranın əsas dinamik xarakteristikası olan rəqs tezliyinin sistemin fizki kəmiyyətləri və həndəsi parametrlərindən asılılığının

Bookmark and Share