İngilis dili müəllimləri üçün təlimlər keçirilib
17/06/2015Bakı Dövlət Universitetində FLEPP( TEMPUS) – “Peşəkar Məqsadlər üçün Xarici dillərin Tədrisi” layihəsi çərçivəsində humanitar və təbiət fakültələri üzrə ingilis dili kafedrasının müəllimləri üçün təlim keçirilib. Layihənin BDU üzrə koordinatoru Gülheyran Rəhimovanın çıxışından sonra Glazqou və Tallin universitetlərində təcrübə keçmiş müəllimlər danışıblar.
Humanitar fakültələr üzrə İngilis dili kafedrasının muəllimi Z.Əhmədova “Tapşırıq Əsaslı Öyrənmə” üsulunun özəllikləri, baş müəllim M.Ağayeva isə “Dərsin planlaşdırılması və dərsin dizaynı” haqqında tədbir iştirakçılarını məlumat veriblər.
Təbiət fakültələri üzrə İngilis dili kafedrasının müəllimi İ.İsmayılova isə “ XXI əsrdə ingilis dili müəllimlərindən tələb olunan bacarıq və vərdişlərə necə və hansı yolla yiyələnmək” məsələlərinə toxunub.
Sonda layihə çərçivəsində keçirilmiş silsilə təlimlərdə fəal iştirak edən müəllimlər sertifikatla təltif ediliblər.
Mətbuat və informasiya şöbəsi, 17 iyun 2015-ci il.