NÖVBƏTİ ÜMUMİ VİRTUAL ELMİ SEMİNAR KEÇİRİLƏCƏK

14/03/2021

18 mart 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə  doktoru Miqdad İmdad oğlu İsmayılovun  “Qrand Hardi siniflərində Riman sərhəd məsələlərinin həll olunanlığı və həyacanlanmış eksponent sistemin bazisliyi haqqında” mövzusunda məruzəsinin davamı olacaqdır.

Məruzədə qrand Hardi fəzalarında Riman sərhəd məsələlərinin həll olunanlığı və həyacanlanmış eksponent sistemin bazisliyi tədqiq olunacaq. Bircins və qeyri bircins Riman sərhəd məsələlərinin həll olunanlığı üçün tapılmış şərtlər haqqında məlumat veriləcək. Həmçinin qrand Lebeq fəzaları separabel fəza olmadıqlarından  burada sürüşmə operatorunun təyin etdiyi  alt fəzası  ilə yanaşı  qrand Hardi fəzalarının uyğun alt fəzalarında Riman sərhəd məsələlərinin həll olunanlığı və bu nəticələri tətbiq etməklə belə alt fəzalarda həyacanlanmış eksponent sistemin bazislik xassələri haqqında məlumat veriləcək.

Bookmark and Share