növbəti ümumfakültə seminarı keçiriləcək

09/05/2021

20 may 2021-ci il saat 11:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən növbəti ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda “Ali riyaziyyat” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Sevda Elxan qızı İsayeva “Akustik qoşmalıq şərtli yarımxətti dalğa tənlikləri üçün başlanğıc sərhəd məsələləri” mövzusunda məruzə edəcəkdir.

Məruzədə yarımxətti dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələ təqdim olunur. Qeyri-xəttiliklər üzərinə müəyyən şərtlər daxilində baxılan məsələ üçün qlobal həllin varlığı və sonlu zaman müddətində həllin dağılması haqqında məlumat veriləcəkdir.

Bookmark and Share