PSİXOLOQ BİLLURƏ BAYRAMOVA GÖRÜŞ

14/03/2021

Psixoloq Billurə Bayramova görüş

14 mart 2021-ci il tarixində Mexanika-riyaziyyat fakültəsi  Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə psixoloq Billurə Bayramova ilə online görüş keçirilib.
Vebinarın moderatoru  Zərinə Oruczadə açılışı üçün sözü  Mexanika-Riyaziyyat fakültəsinin dekan müavini  Etibar Əhmədova verib. Dekan müavini iştirakçıları salamladıqdan sonra bildirib ki, son zamanlar baş verən xoşagəlməz halların əsas səbəbi kimi psixoloji pozuntuları göstərmək olar. Bu səbəbdən təşkil olunan vebinarın əhəmiyyətindən bəhs edib. Psixoloq Billurə Bayramovaya və vebinar iştirakçılarına uğurlar arzu edərək təşəkkürlərini bildirib. Daha sonra psixoloq   təmaslı və duyğusal şiddət haqqında ətraflı məlumatlar verib. Şiddətin insan həyatında rolu, onunla necə mübarizə aparmağın yollarını açıqlayıb.
Sonra isə söz Mexanika- riyaziyyat fakültəsinin THİK sədri Ruhəngiz İbrahimovaya verilib. O da öz növbəsində tədbirdə iştirak edən tələblərə və psixoloqa iştirakı üçün təşəkkürünü bildirib.
Sonda psixoloq Billurə xanım tələblərin suallarını cavablandırıb , onlara gələcək həyatları ilə bağlı tövsiyələr verib.

Bookmark and Share