Qarabağ Azərbaycandır!
24/12/2020Onlayn tədbiri giriş sözü ilə açan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını salamlayıb, qələbə münasibətilə təbriklərini çatdırıb. R.Səmədov vurğulayıb ki, illər ötdükcə bu qələbənin şərəfinə dastanlar, romanlar, tarixi əsərlər yazılacaq, uzun əsrlər bu şanlı zəfərdən bəhs olunacaqdır. Daha sonra tədbir Mexanika-riyaziyyat, Geologiya fakültəsinin dekan müavinləri Etibar Əhmədov və İlqar Quliyevin “Qarabağ milli sərvətimizdir”, “Qarabağ milli simvolumuzdur” mövzularında çıxışı ilə davam edib.