SABAH qrup tələbələri festivalda iştirak ediblər
05/05/2016BDU-nun SABAH qrup tələbələri Kapellhaus, Alman-Azerbaycan Mədəniyyət Birliyində keçirilən «Bir cənub şəhərində» V əl işləri festivalında iştirak ediblər. İştirakçıların maraqla izlədikləri festival qonaqların Cənub şəhərinin koloriti olan milli geyimlərdə çıxışları ilə yadda qalıb.
Tədbirdə BDU-nun SABAH mərkəzinin rəhbəri dosent İradə Süleymanova, M.Ə. Sabir Fondunun prezedenti, Bakı Dövlət Universitetinin dosenti Sevda Tahirli və digər qonaqlar da qatılıblar.
Mətbuat və informasiya şöbəsi, 05 may 2016-ci il.
