SABAH qruplarının növbəti "Açıq dərs"i keçirilib

02/03/2016

Bakı Dövlət Universitetində SABAH qruplarının növbəti "Açıq dərs"i  keçirilib."Nanotexnologiayaların yaradılması və sənayedə tətbiqi" mövzusunda keçirilən açıq dərsdə SABAH qruplarının təbiət elmləri fakültələrində təhsil alan tələbələri iştirak edib. "Açıq dərs"i “Nanoelm və nanotexnologiyaların inkişafına töhfəsinə görə” YUNESKO mükafatı laureatı, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Eldar Şahbazov keçib. Professor XXI əsrdə nanotexnologiyaların inkişaf istiqamətləri və nanotexnologiyaların neft sənayesində istifadəsi haqqında danışıb. Ekoloji tarazlığı təmin etmək üçün nanotexnologiyalardan istifadə edilməsi haqqında tələbələr məlumatlandırılıb. Dərsin sonunda tələbələri maraqlandıran suallar cavablandırlıb.

Mətbuat və informasiya şöbəsi, 02 mart 2016-cı il.

Bookmark and Share