Seminarda məruzəçilər dinlənildi
03/06/202103 iyun 2021-ci il saat 11:00-da Mexanika-Riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən fakültənin Tələbə Elmi Cəmiyyətinin (TEC) seminarı keçirilmişdir.Iclasda fakültə dekanı prof N.Ş. İsgəndərov , kafedra müdirləri və Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak etmişdir.TEC-in iclasında aşağıda qeyd olunan iki məruzəçi dinlənilmişdir:
1. Məruzəçi: Mexanika – Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasınln Funksional analiz ixtisaslaşması Azərbaycan bölməsi üzrə I kurs magistr tələbəsi Bağırov Süleyman;
Mövzu: Bir sinif rekurent ardıcıllıqların tədqiqi.
2. Məruzəçi: Mexanika – Riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasınln Funksional analiz ixtisaslaşması İnglis bölməsi üzrə I kur magistr tələbəsi Əliyeva Sevil;
Mövzu: Generalization of Geometrical Progression.
