Seminarda çıxışlar davam edir

15/11/2022

15 noyabr 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Miqdad İmdad oğlu İsmayılov “Qrand Lebeq fəzalarında çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin defekt bazisliyi” mövzusunda məruzə etdi.

Məruzədə qrand Lebeq fəzalarının sürüşmə operatorunun doğurduğu alt fəzalarında  çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin tamlığı, minimallığı və bazisliyi haqqında məlumat verildi. Burada həmçinin qeyd edilən sistemlərdən ixtiyari elementi atdıqdan sonra alınmış sistemin tamlığı və minimallığı üçün zəruri və kafi şərt teoremləri söylənildi. Göstərildi ki, çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərindən ixtiyari elementi atdıqdan sonra alınmış sistem qrand Lebeq fəzalarının sürüşmə operatorunun doğurduğu alt fəzasında bazis əmələ gətirmir.

Bookmark and Share