SEMİNARIN YENİ MÖVZUSU

26/04/2022

26 aprel 2022-ci il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 602-ci auditoriyada elmi seminar keçirildi. Seminarda  Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Nəzəri fizika kafedrasının dosenti, fizika elmləri doktoru Əhmədov Azər İnşalla oğlu “Kulon tip tenzor qarşılıqlı təsiri nəzərə alınmaqla Hülten və Yukava sinif potensiallarının cəmi üçün Dirak tənliyinin əlaqəli hallarının analitik həlli” mövzusunda məruzə etdi.
Məruzədə Hülten və Yukava sinif potensiallarının kombinasiyasından ibarət mürəkkəb potensiallı sahədə hərəkət edən relyativistik zərrəcik üçün Kulon tenzor qarşılıqlı təsiri nəzərə alinmaqla Dirak tənliyinin dəqiq spin və  psevdo spin  simmetriya halları üçün  adi və supersimmetrik kvant mexanikasında analitik şəkildə həll edilməsi izah olundu. Hər iki halda zərrəciyin enerji spektri və spinor funksiyaları üçün alınan analitik ifadələr göstərildi. Zərrəciyin spinor  funksiyalarının Jakobi polinomu və hiperhəndəsi funksiya ilə ifadə edilməsi haqda danışıldı.

Bookmark and Share