TEMPUS layihəsi çərçivəsində FLEPP təlimlərinə start verilib
22/01/2015Bakı Dövlət Universitetində TEMPUS layihəsi çərçivəsində FLEPP (Foreign Languages Education for Professional Purposes) təlimlərinə start verilib. Təlimi giriş sözü ilə Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, TEMPUS-FLEPP layihəsinin BDU üzrə koordinatoru Gülheyran Rəhimova açıb. 4 gün davam edəcək təlim yanvarın 24-ündə başa çatacaq. Təlimlərdə BDU-nun humanitar və təbiət fakültələri üzrə ingilis dili kafedralarının müəllimləri iştirak edir. Təlimçi Azərbaycan Dillər Universitetinin Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Nərgiz Əliyevadır.
Qeyd edək ki, layihəsi çərçivəsində BDU-da bir neçə gün öncə təqdimat keçirilib. Təqdimatı giriş sözü ilə İngilis dili kafedrasının müdiri Bəylər Hacıyev və layihənin təlimçi-müəllimi Zəhra Əhmədova edib. Eyni zamanda layihənin digər təlimçi-müəllimləri Mənsurə Ağayeva və Mətanət Əliyevanın təqdimatları maraqla qarşılanıb.
Mətbuat və informasiya şöbəsi, 22 yanvar 2015-ci il.
