Təhsil ve kariyera sergisi

25/10/2017

Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən (“Education 2017”)  Mexanika-riyaziyyat fakültəsini 4-cü kurs  tələbəsi David İbadov  uğurla təmsil edib. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgidə Bakı Dövlət Universitetinin, ümumilikdə 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim ediblər.

Xatırladaq ki, açılışda iştirak edən təhsil naziri Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif stendlərlə tanış olublar. Bakı Dövlət Universitetinin stendi təqdim edildikdən sonra rektor, akademik Abel Məhərrəmov universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib. Sonra əyani təcrübələr aparılıb.

Oktyabrın 8-də işini yekunlaşdıran sərgidə Bakı Dövlət Universiteti iştirakına görəvə “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.

Bookmark and Share