Tələbələr BDU-nun 95 illiyini qeyd etdilər
18/11/201417 noyabrda Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) təşkilatçılığı ilə BDU-nun ilk dərs günü ilə bağlı tədbir keçirilib.
Universitetin 95 illik yubileyinə həsr olunmuş tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, eyni zamanda, universitetin fəal tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BDU THİK sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov hər kəsi salamlayıb və fürsətdən istifadə edərək 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə Azrbaycan xalqını təbrik edib və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverənliyi uğrunda canından keçən vətən övladlarının xatirsəini bir dəqiqəlik sükütla yad etməyə dəvət etdi. Sonra komitə sədri Bakı Dövlət Universitetinin tarixindən və keçdiyi şərəfli yollardan bəhs edib:
“15 noyabr 1919-cu ildə 104 nəfər heyyətlə fəaliyyətə başlayan Bakı Dövlət Univeristeti geridə qalan 95 il ərzində çox şərəfli və məhsuldar tarixi inkişaf yolu keçmişdir. Bakı Dövlət Universiteti Azərbacyanın Milli İdeologiyasının, Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuşdur. Məhz bu səbəbdən də tarixin bəzi dönəmlərində univeirsitetimizə qarşı ciddi basqılar, təzyiqlər, sıxışdırmalar olmuşdur. Bu gün univerisitetimiz özünün elmi uğurları, innovativ yenilikləri, beynəlxalq əlaqələri, ölkənin icimai-siyasi həyatındakı önəmi və dahi məzunları ilə tanınır, qəbul olunur və hörmət olunur. Bu məzunlar sırasında Ümummilli Lideri Heydər Əliyev, Yusif Məmmədəliyev, Həsən Əliyev, Aida İmanquliyeva, Mir Cəlal Paşayev, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə və digər dahi şəxsiyyətlərin adlarını qeyd edə bilərik",- deyə, Daşqın Qənbərov bildirib.
BDU THİK sədr müavini İlkin Şərifov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin BDU-ya göstərdiyi qayğıdan və göstərdiyi diqqətdən danışıb.
Daha sonra Bakı Dövlət Universitetinin fəal tələbələri və Tələbə Həmkarlar Təşkilatının sədrləri çıxış edərək universitetdə yaradılan şəraitdən və univeristetdə olan tədris proqramlarından müqayisəli şəkildə danışıblar.
Sonda tələbələrin fikirləri və onların müxtəlif təklifləri dinlənilib.