Tələbələrin nəzərinə

25/02/2010

QTRM-nin Gənc Tədqiqatçılar Proqramının Təqaüdçüsü Ol!


Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) 2010-cu ilin Mart ayından Dekabr ayına kimi keçirilməsi nəzərdə tutulan tədqiqat təlim təqaüdünü elan edir. İştirakçılara sosial-iqtisadi siyasət problemlərinin təhlilinin əsasları haqqında məlumat veriləcək, statistik proqramlardan istifadə və iri beynəlxalq təşkilatların standartlarına uyğun hesabat yazmaq üzrə təlim keçiriləcək.

 

Nə əldə edəcəksiniz?


Mürəkkəb məsələləri tez və hərtərəfli təhlil etmə bacarığı;

İngilis dilində yaxşı yazma qabiliyyəti;

Layihə idarəetməsi və təşkilatı təcrübə;

Statistik proqramlar daxil olmaqla əsas kompyuter proqramları üzrə bacarıq;

Təcrübəli və işinə sadiq əməkdaşlarla birgə çalışmaq imkanı;

İş axtarışında və təhsil proqramlarına müraciət zamanı istifadə edə biləcəyiniz zəmanət məktubu.

 

Nə etməlisiniz?


Sosial-iqtisadi problemlərin təhlili ilə bağlı hesabatlar yazmaq;

Azərbaycanın gələcəyi üçün mühüm sayılan məsələlər üzrə mürəkkəb tədqiqat layihələrinə töhvə vermək;

Nə vaxtsa çalışdığınızdan da çox çalışmaq;

Öyrənmək və çox maraqlanmaq;

Fəal komanda üzvü olmaq.

 

Kimlər müraciət edə bilər?


18-24 yaş arası tələbələr;

Hal-hazırda təhsil alan və ya təhsilini yenicə başa vurmuş tələbələr;

Ağıllı, işgüzar, tənqidi normal qəbul edən və işə özünü həsr edənlər;

Yaxşı riyazi bacarığı olanlar (statistik təhlil metodları haqqında anlayışın olması müsbət cəhətdir, amma vacib deyil).

 

Qeyd: Azərbaycandan kənarda magistr dərəcəsi almış tələbələr bu proqramda iştirak edə bilməzlər.

 

Ərizə prossesi


Addım 1: Ərizə forması üçün  www.crrc.az/jfp saytına daxil olmağınız və ya Aytən Məmmədovaya aytan[email protected] yazmağınız xahiş olunur.

 

Addım 2: 10 Mart 2010-cu il tarixindən gec olmayaraq ərizə formasını doldurmalısınız.

 

Addım 3: Əgər seçilsəniz, Aprel ayından İyun ayına qədər intensiv elektron təlimə dəvət olunacaqsınız. Təlimi bitirdikdən sonra siz inşa təqdim edəcəksiniz. Ən yaxşı təqaüdçülər mükafatlandırılacaq və proqramın ikinci hissəsində iştiraka dəvət olunacaqlar.

 

Digər təfsilatlar

 

Ərizə prossesinə aid hər hansı sualınız varsa [email protected] e-poçt ünvanına yazaraq Yulia Əliyevadan soruşa bilərsiniz. QTRM Bakıda yerləşən universitetlərdə bu təqaüd proqramı haqqında təqdimatlar keçirəcək. Təqdimatların keçirilmə tarixi və yeri barədə ətraflı məlumatı Yulia xanımdan  ([email protected]) öyrənə bilərsiniz.

Bookmark and Share