Türkiyənin Akdəniz Universitetinin professoru BDU-da məruzə edib

20/08/2014

Avqustun 20-də Türkiyənin Akdəniz Universitetinin riyaziyyat bölməsinin müdiri, professor İlham Əliyev Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində “Teleskopik düstur və onun tətbiqləri” mövzusunda keçirilən yay məktəbində iştirak edən müəllim və tələbələr qarşısında məruzə ilə çıxış edib.
Tədbir Mövlanə Mübadilə Proqramı çərçivəsində reallaşıb.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən azərtac-a bildiriblər ki, professor İ. Əliyev BDU-da daha bir neçə məruzə edəcək.
Xatırladaq ki, alim müvafiq elmin harmonik analiz, yaxınlaşma (aproksimasiya) nəzəriyyəsi, inteqral çevrilmələr, klassik analiz və s. sahələri üzrə elmi-tədqiqatlar aparır.
Bookmark and Share