Türkmənistanın Təhsil naziri BDU-da olub

26/04/2016

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Türkmənistanın Təhsil naziri Purli Ağamuradov Bakı Dövlət Universitetində olub. Türkmənistan Təhsil nazirinin BDU-ya səfərindən məmnunluq hissi keçirdiyini bildirən rektor, akademik Abel Məhərrəmov qonağa universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, üzvü olduğu təşkilatlarla əməkdaşlıq əlaqələrindən danışıb.

Türkmənistanın Təhsil naziri Purli Ağamuradov, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və bu səfərin əlaqələrin daha da yaxşılaşmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Görüşdə BDU ilə Türkmənistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və yeni istiqamətlər müəyyənləşib. Nazir universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, elmi mərkəzləri, Heydər Əliyev muzeyi, Tədris Elektron Mərkəzi ilə tanış olub.

Mətbuat və informasiya şöbəsi, 26 Aprel 2016-ci il.

Bookmark and Share