Tyutorlar üçün təqdimat

01/04/2015

Bu gün Bakı Dövlət Universitetində Mövlanə Mübadilə proqramı çərçivəsində təqdimat keçirilib. Fakültə tyutorları üçün təşkil olunan təqdimatdan məlum olub ki,proqram çərçivəsində universitetin müəllim və tələbə heyəti Türkiyə universitetlərində təcrübə keçə bilər və təhsillərini davam etdirə bilərlər. Layihə ilə bağlı sənəd qəbulu başlanılıb və17 apreldə başa çatacaq. Nəticələr yayda elan olunacaq.

Mətbuat və informasiya şöbəsi, 1 aprel 2015-ci il.

Bookmark and Share