Şuşaya səfər
13/09/2022Bakı Dövlət Universitetinin əməkdaşı Səbuhi Abdullayev Şuşa ilinə həsr edilən lahiyə ilə əlaqədar Şuşa şəhərinə səfər edib. “Şuşa-270” adlı lahiyə Preziden Adminstrasiyasının dəstəyi ilə həyata keçirilib. Lahiyə Şuşamızın tətqiq edilməsi və elmi araşdırılmasına həsr edilib. Səfərdə Vaqifin məqbərəsi, Xurşudbani Natəvanın büstü, Qala qapıları, Cıdır düzü, Bülbülün ev muzeyi və İsa bulağı ziyarət olunub. Qarabağ idmançılarından bəhs esən kitabın təqdimatı keçirilib.
Səfər cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən təşkilat nümayəndələrindən ibarət 500 nəfərlik heyyəti ilə keçirilib. Böyük maraqla qarşılana lahiyə zamanı 44 günlük vətən müharibəsində qəhramanlıqla azad edilən Şuşa şəhərinin yenidənqurulması işlərinə də nəzər yetirilib.
30 ilə yaxın zamanda həm torpaqlarımız işğal edilib, həm də bizi dünyaya işğalçı kimi tanıdıblar. Ancaq indi məqsədyönlü siyasətin nəticəsində, ictimai-siyasi fəallıq vasitəsilə bu mif aradan qaldırılıb. Haqq səsimiz dünyaya çatdırılır, vandalizm nəticəsində dağıdılmış məscidlər, mədəniyyət mərkəzləri, evlər və digər tikililərlə bağlı dünya mediyasına tutarlı məlumatlar verilir. Hər bir təvəndaş cəmiyyəti üzvinin bu işdə aktiv olmağını vacibliyi bir daha vurğulanıb.
Digər tərfədn lahiyə zamanı “Şuşa-270” devizi ilə Şuşamızın tarixini və mədəniyyətini araşdırmaq, elmi məqalələr yazılması nəzərdə tutulub və araşdırmalar davam etdirilir.