Dahi Riyaziyyatçının 100 illiyinə həsr olunmuş Respublika Elmi konfrans

02/04/2014

A4-formatında, 12-ölçülü şriftlə(Times New Roman, soldan-3sm; sağdan-1,5sm; aşağı və yuxarı-2sm), 3 səhifədən çox olmamaq şərtilə, 15 mart 2014-cü ilə qədər BDU-nun yeni korpusu,mexanika-riyaziyyat fakultəsi 501 saylı  otağ, 1 nüsxə çap variantı və diskdə E.T.Kiyasbəyliyə təhvil verilməlidir.

Yusif Əmən oğlu Əmənzadə 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nərimanov adına Bakı Sənaye Texnikumunu fərqlənmə ilə qurtarıb. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakultəsini fərqlənmə diplomu ilə qurtarıb və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Y.Ə.Əmənzadə elmlər namizədi və elmlər dokturu dərəcələrini almışdır. 1959 cu ildə ömrünün axırına qədər Bakı Dölət universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968 ci ildə Y.Ə.Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-ci ildə SSRİ-nin  “Mexanika” üzrə Milli komitəsinin üzvü olmuşdur. Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbüür üzvü Y.Ə.Əmənzadə qoymuşdur. Y.Ə.Əmənzadənin elmi marağı əsasən hiiss-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tətqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsullrı tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir. Y.Ə.Əmənzadə, N.İ.Musxelişvili və D.İ.Şermanla bərabər elastiklik nəzəriyyəsinin müstəvi məsələlərinin həllində yaranan sonsuz xətti cəbri tənliklər sistemlərinin kvazirequlyarlığını sübut edən yeganə azərbaycanlı alim olmuşdur. onun tərəfindən boşluğa malik prizmatik tirin əyilmə mərkəzinin koordinatlarını bir burulma funksiyası vasitəsi ilə təyin edən düstur verilmişdir. Çoxrabitəli və quraşıq yarımmüstəviyə sərt ştampın təsiri məsələsi onun tərəfindən qoyulmuş və bu kimi məsələlərin həlli üsulu verilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsulunu verilmiş və laylı müxtəlif növ materiallarda qurulmuş elastiki cisimlər üçün analitik həll üsulunu inkişaf etdirmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.

Y.Ə. Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus dilində və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsinin ümumi kurs”, “Elastiklik nəzəriy­yəsi­nin müstəvi məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastik­lik nəzəriyyəsinin kontakt məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur. O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə.Əmənzadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.

1982-ci ildə vəfat emişdir.

 

Bookmark and Share