Xəbərlər
Azərbaycan Riyaziyyatçılarının Kembricdə uğurlu çıxışları17/09/2020
Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının müdiri professor Qalina Mehdiyevanın və kafedranın əməkdaşları AMEA-nın müxbir üzvü, professor Vaqif İbrahimov və dosent Mehriban İmanovanın həmmüəllif olduqları “On the computation of double integrals by using some connection between the wave equation and the system of ODE” (“Dalğa tənliyi və adi diferensial tənliklər sistemi arasındakı bəzi əlaqədən istifadə etməklə ikiqat inteqralların hesablanması haqqında”) adlı məqalə Kembricdə təşkil olunmuş IAPE’20 Beynəlxalq konfransın materiallarında çap olunmuşdur.
| ƏtraflıMexanika-riyaziyyat fakültəsi alimlərinin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən yüksək impakt faktorlu jurnalda nəşr olunub
12/07/2020
Bakı Dövlət Universiteti (BDU) Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyevin həmmüəllif olduqları “The problem of starting control with two intermediate moments of observation in the boundary value problem for the hyperbolic equation” (“Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi”) adlı məqalə 1980-ci ildən nəşr olunan “Optimal Control - Applications and Methods” (“Optimal İdarəetmə - Tətbiqlər və Üsullar”) jurnalında çap olunmuşdur (2019 Journal Citation Reports®, Clarivate Analytics 2019, Impact factor: 1.252).
| ƏtraflıMexanika-riyaziyyat fakültəsi aliminin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən jurnalda dərc olunub
09/07/2020
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Diferensial və İnteqral tənliklər kafedrasının dosenti, Şirmayıl Bağırovun müəllifi olduğu “Nonexistence of global positive solutions of weakly coupled systems of semilinear parabolic equations with time-periodic coefficients” ("Zamana nəzərən periodik əmsallı zəif əlaqəli parabolik tənliklər sisteminin müsbət qlobal həllərinin yoxluğu") adlı məqalə 1965-ci ildən nəşr olunan “Differential equations” (“Diferensial tənliklər”) jurnalında çap olunmuşdur (Journal Citation Reports®, Clarivate Analytics 2018, Impact factor: 0.659).
| ƏtraflıMexanika-riyaziyyat fakültəsinin alimləri “HORIZON 2020” beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
07/07/2020
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutu əməkdaşlarının Avropa Komissiyası tərəfindən maliyyələşən "HORIZON 2020" beynəlxalq qrant proqramına birgə təqdim etdikləri SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology / Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya)adlı layihə qalib elan edilmişdir.
| ƏtraflıMexanika-riyaziyyat fakültəsində virtual elmi seminar keçirilib
06/07/2020
İyulun 6-da Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə virtual elmi seminar keçirilib. Seminarda İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyev “Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi” adlı məruzə ilə çıxış edib.
Çıxışdan sonra Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov 2020-ci ilin ilk yarım ili üçün fakültənin elmi və pedaqoji fəaliyyəti haqqında ümumi hesabatı və mühüm statistik göstəriciləri təqdim edib.
| ƏtraflıMexanika-riyaziyyat fakültəsi aliminin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən jurnalda dərc olunub
27/06/2020
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Diferensial və İnteqral tənliklər kafedrasının müdiri, Professor Yaşar Mehrəliyevin həmmüəllifi olduğu "On solvability of inverse problem for one equation of fourth order" ("Dördüncü tərtib bir tənlik üçün tərs məsələnin həllolunanlığı haqqında") adlı məqalə 1976-cı ildən nəşr olunan "Turkish Journal of Mathematics" ("Türk Riyaziyyat Jurnalı") adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Clarivate Analytics 2018, Impact factor: 0.597).
| ƏtraflıMexanika-riyaziyyat fakültəsində ümumi virtual elmi seminar keçiriləcək
25/06/2020
06 iyul 2020-ci il tarixində saat 12:00-da Mexanika-riyaziyyat fakültəsində Microsoft Teams platforması üzərindən ümumi virtual elmi seminar keçiriləcəkdir. Vebinarda İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri, professor Hamlet Quliyev “Hiperbolik tənlik üçün sərhəd məsələsində iki aralıq müşahidə anları olan başlanğıc idarəetmə məsələsi” mövzusunda məruzə edəcəkdir.
| ƏtraflıBDU müəllimləri onlayn imtahanlardan danışır
19/06/2020
Azərbaycan Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birlikdə təhsil prosesinin uğurla davam etdirilməsi məqsədilə atdıqları birgə addımlar hamıya məlumdur
| Ətraflı
BDU-da 2 gün davam edən Respublika virtual Elmi konfrans öz işini yekunlaşdırıb
21/05/2020
Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı ikinci günü ilə öz işini davam etdirib
BDU-da “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı keçirilir
20/05/2020
Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual Elmi konfransı öz işinə başlayıb
| Ətraflı
BDU alimləri “Web of Science” bazasının rəyçiləri sırasında ilk onluqdadır
19/05/2020
“Clarivate Analytics” şirkətinin “Web of Science” qrupuna daxil olan “Publons” alt qrupu “Web of Science” bazasına daxil olan nüfuzlu jurnallar
| Ətraflı
Mexanika-riyaziyyat fakültəsi aliminin həmmüəllif olduğu məqalə yüksək impakt faktorlu jurnalda nəşr olunub
18/05/2020
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri, dosent Yusif Sevdimalıyevin həmmüəllif olduğu "On the natural oscillation of an inhomogeneously pre-stressed multilayered hollow sphere filled with a compressible fluid" adlı məqalə yüksək impact faktorlu jurnallardan olan "Applied and Computational Mathematics" ("Tətbiqi və Hesablama Riyaziyyatı") jurnalında nəşr olunub.
Mexanika-riyaziyyat fakültəsi alimlərinin məqaləsi Clarivate Analytics bazası tərəfindən indekslənən jurnalda dərc olunub
13/05/2020
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev və həmin kafedranın müəllimi Elçin Məmmədovun həmmüəllif olduqları "On a class of sublinear operators with a generalized shift" ("Bir sinif ümumiləşmiş sürüşməli subaditiv operatorlar haqqında") adlı məqalə "Ukrainian Mathematical Journal" ("Ukrayna Riyaziyyat Jurnalı") adlı jurnalda nəşr olunub.
| Ətraflı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konfrans
01/05/2020
2020-ci il 20/21 may tarixlərində Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş «Riyaziyyat, Mexanika və onların tətbiqləri» adlı Respublika Elmi Konfransı keçiriləcəkdir.
| Ətraflı
BDU müəllimlərinin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub
30/04/2020
"Riyazi analiz" kafedrasının professoru Ziyatxan Əliyevin, "Riyaziyyat və onun tədrisi metodikası" kafedrasının dosenti Faiq Namazov və tələbələri ilə həmmüəllif olduqları məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunub
BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir
10/04/2020
məqsəd, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır
| Ətraflı
BDU dünya reytinqində
31/03/2020
Reytinq İspaniyanın “Scimago” laboratoriyası ilə dünyanın ən böyük elmi nəşriyyatlarından biri olan “Elsevier”in əməkdaşlığı çərçivəsində həyata keçirilib
| Ətraflı
BDU videodərslərə start verir
16/03/2020
Tədrisdə yaranan hazırkı vəziyyətlə əlaqədar olaraq, tələbələrin dərs prosesindən kənar qalmaması üçün Bakı Dövlət Universiteti videodərslərə start verir
BDU-da dezinfeksiya işləri davam etdirilir
06/03/2020
Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən universitetin auditoriyaları, kitabxanası, dəhlizləri, akt zalları və digər ərazilərində dezinfeksiya işləri aparılır
Müəllimimiz vəfat edib
26/02/2020
Fakültənin gənc müəllimi dünyasını dəyişib
| Ətraflı
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |