HESABLAMA LABORATORİYASI

Hesablama laboratoriyası, Hesablama riyaziyyatı kafedrasının tərkibində 1966-cı ildən fəaliyyət göstərir.

Bu laboratoriya tədris laboratoriyası olmaqla, tələbələrin informatika texnolo­giya­la­rı sahəsində biliklərə yiyələnməsinə və bu biliklərin yüksəldilməsinə xidmət edir. Kafedranın «Proqramlaşdırma», «İnformatika» və «EHM-də praktikum» fənləri bu laboratoriyada tədris olunur.

2010-2011-ci tədris ilində bakalavrlara və magistrantlarlara bu kompyuterlərdən istifadə etməklə, təqvim tematik plana uyğun olan mövzulara aid riyazi məsələlərin həllinin QBasic, Turbo Pascal, C++, Borland Delphi, MathCad, MathLab, Mapple və s. kimi riyazi proqram paketlərinin köməyi ilə tapılmasının öyrədilməsi nəzərdə tutulur.

Laboratoriyalarda «EHM-də praktikum» dərslərinin 05.07.2010-30.07.2010 tarixində keçirilməsi nəzərdə tutulur. Bu dərsdə praktikada meydana çıxan və analitik həlli mümkün olmayan bəzi riyazi məsələlərin təqribi həllərinin kompyuter vasitəsi ilə tapılması nəzərdə tutulur.

Hal-hazırda laboratoriya altı auditoriyada yerləşir. Bütün auditoriyalardakı kompyuterlər Internet şəbəkəsinə qoşulmuşdur. Dərsdən sonrakı vaxtlarda fakültənin tələbələri yaradılan bu şəraitdən istifadə edərək dünyanın məşhur universitetlərin mühazirələri ilə tanış ola bilir, aktiv mühazirələri seyr edə bilir və Beynəlxalq elmi kitabxana resurslarından istifadə edə bilirlər.

Bu auditoriyalarda ümumilikdə 100-ə yaxın yüksək konfiqurasiyalı kompyuter, 2 elektron lövhə, 2 proyektor fəaliyyət göstərir.


Laboratoriyanın əməkdaşları:

Laboratoriya müdiri: f.-r.e.n., E.İ.Əzizbəyov

Baş laborant:  R.M.Mirzəyev

Bookmark and Share