ALİ RİYAZİYYAT KAFEDRASI

Ali riyaziyyat kafedrası 1997-ci ildə ümumuniversitet kafedrası kimi təşkil olunmuş ümumi riyaziyyat kafedrasının bazası əsasında yaradılmışdır və 2000-ci ildən mexanika-riyaziyyat fakültəsinin tərkibində fəaliyyət göstərir. Kafedranın ilk müdiri, f.-r.e.d., prof. Ə.X.Şəmilov olmuşdur. 2000–2002-ci illərdə kafedraya rəhbərlik f.-r.e.n., dos. F.S.Əliyevə həvalə olunmuşdur. 2002-ci ildən ali riyaziyyat kafedrasına f.-r.e.d., prof., əməkdar elm xadimi M.C.Mərdanov rəhbərlik edir.

Hazırda kafedra aşağıdakı tərkibdə işləyir: f.-r.e.d., prof., əməkdar elm xadimi M.C.Mərdanov (kafedranın müdiri), f.-r.e.n., dos. S.E.İsayeva, f.-r.e.n., dos. S.Y.Əliyev, f.-r.e.n., dos. M.R.Mehtiyeva, f.-r.e.n., dos. A.Q.Ağamalıyev, f.-r.e.n., dos. S.T.Hüseynov, baş  müəllim, f.e.d. G.D.Şükürova, baş müəllim, f.-r.e.n., M.H.Mahmudova.

Hal-hazırda kafedra BDU-nun 7 fakültəsində (kimya, ekologiya və torpaqşünaslıq, biologiya, coğrafiya, geologiya, sosial elmlər və psixologiya, kitabxanaçılıq-informasiya) 21 ixtisas üzrə ali riyaziyyat, riyaziyyat, xətti cəbr, ehtimal nəzəriyyəsi kurslarını tədris edir. BDU-nun Boloniya prosesinə qoşulması ilə əlaqədar kafedrada tədris olunan bütün fənlərin yeni tədris proqramları hazırlanmışdır. Kafedranın əməkdaşları optimal idarəetmə, diferensial və diferensial-fərq tənliklərinin həllərinin keyfiyyət araşdırmaları,operator tənliklərin spektral nəzəriyyəsi, ümumiləşmiş funksiyalar fəzasında xətti sinqulyar diferensial tənliklər, iqtisadi proqnozlarda ehtimal nəzəriyyəsi və statistika üsullarının tətbiqi ilə bağlı məsələlər ilə məşğul olurlar. Kafedra əməkdaşları müxtəlif Beynəlxalq Elmi Konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişlər, onların məqalələri müxtəlif illərdə nüfuzlu jurnallarda çap olunmuşdur.


Kafedranın tərkibi:

f.r.e.d., prof. Misir Cümayıl oğlu Mərdanov (0,5 şt. əvəzçiliklə kafedra müdiri), AMEA-nın müxbir üzvü.

f.r.e.n., 0,5 şt. dos., Sərdar Yəhya oğlu Əliyev

f.r.e.n., dos. Sevda Elxan qızı İsayeva

f.r.e.n., dos. Sarvan Təhməz  oğlu Hüseynov

f.r.e.n., 0,5 şt. dos. Ağamalı Qulu oğlu Ağamalıyev

f.r.e.n., 0,5 şt. dos. Maral Rzabala qızı Mehtiyeva

f.r.e.n., b/m  Mələkə Həsən qızı Mahmudova

r.ü.f.d., b/m  Gülnarə Dadaş qızı Şükürova


Tədris olunan əsas fənlər : Ali riyaziyyat, riyaziyyat, xətti cəbr, ehtimal nəzəriyyəsi və riyazi statistika.

Son iki ildə (2015-2016) əsas nəticələr:

1. Mərdanov M.C. Advances in Difference equations  IF 1.014

On the theory of necessary optimality conditions in discrete systems

2015

2.. Mərdanov M.C. Hindawi publishing Corporation, Abstract and Applied Analysis IF 1.274

Pontryagin’s maximum principle for the optimal control problems with multipoint boundary conditions

Vol 2015, article ID 428042, 6 p.

3. Mərdanov M.C. Advances in Difference equations IF 1.014

Existence and uniqueness results for q-fractional difference equations with p-Laplacian operators

2015.

4. Mərdanov M.C International journal of control IF 1.654

On necessary optimality conditions in discrete control systems

DOI: 10.1080/00207179.2015.1035756

5. Mahmudova M.H.

Журнал вычислительной математики и математической физики. IF 0.428

Asymtotik Periodik Solution of the Cauchy Problem for the Langmuir Lattice

том 55, №12, 2015

6. Исаева С.Э. «A qlobal attractor for one semilinear hyperbolic equation with memory operator», Pleiades Publishing Ltd, 2015,  Computational Mathematics and Mathematical Physics, .

IF 0.428, 2015, vol 55, №11.

Bookmark and Share