İdarəetmə nəzəriyyəsinin riyazi üsulları

İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası 1990-cı ildə yaradılıb. Kafedranın ilk müdiri prof.S.S.Haxıyev olmuşdur.

Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: f.-r.e.d., prof. Yaqubov M.H. (kafedranın müdiri), f.-r.e.d., prof. Quliyev H.F., f.-r.e.d., prof. Sadıqov M.A., f.-r.e.n., dos. Hüseynov T.H., f.-r.e.n., dos.Yusubov Ş.Ş., f.-r.e.n., dos. Məmmədova C.C., f.-r.e.n., assistent Hüseynova A.T., baş laborant İsmayılova X.E.

Kafedrada bakalavr pilləsi üzrə variasiya hesabı və optimallaşdırma üsulları, ixtisas kursu fənləri, magistr pilləsi üzrə xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarə məsələsi, idarəetmə və müşahidə nəzəriyyəsi, dinamik proqramlaşdırma üsulu, oyunlar nəzəriyyəsinin elementləri, optimal idarə nəzəriyyəsinin təqribi üsulları, idarəetmənin stoxastik məsələləri, ekstremal məsələlərin həllərinin varlığı, sinqulyar həyəcanlanmış sistemlərdə optimal idarə məsələləri, xüsusi törəməli tənliklərlə təsvir olunan sistemlərdə optimal idarəetmənin varlığı və təqribi qurulması fənləri tədris olunur. Kafedranın əməkdaşları iki yüzə qədər elmi məqalə və iki dərs vəsaiti çap etdirib. Prof. S.S.Haxıyevin, prof. M.H.Yaqubovun və prof. H.F.Quliyevin rəhbərliyi ilə 30-a qədər namizədlik dissertasiyası müdafiə edilib. Kafedrada xüsusi törəməli diferensial tənliklər sistemi ilə təsvir olunan proseslərin idarə edilməsi və optimallaşdırılması istiqamətində elmi iş aparılır.

Kafedranın əməkdaşları:

f.r.e.d.,prof Hamlet Fərman oğlu Quliyev (Kafedra müdiri)

f.r.e.d.,prof.Məmməd Haqverdi oğlu Yaqubov

f.r.e.d.,prof Misrəddin Allahverdi oğlu Sadıqov

f.r.e.n.,dos.Tofik Həsən oğlu Hüseynov

r.e.d.,dos.Şakir Şıxı oğlu Yusubov

f.r.e.n.,dos.Cəlalə Cəlal qızı Məmmədova

f.r.e.n.,müəllim Aygün Tofik qızı Hüseynova

b/l Xanım Eyvaz qızı İsmayılova

 


Kafedrada tədris olunan fənlər:

Bakalavr pilləsi üzrə:

Variasiya hesabı və optimallaşdırma üsulları

İqtisadi-riyazi modellər və tətbiqləri

Qeyri-xətti diferensial  tənliklər

Optimal idarəetmə nəzəriyyəsi və onun tətbiqləri

 

Magistr pilləsi üzrə:

«Xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarə məsələsi» (I k.), «İdarəetmə və müşahidə nəzəriyyəsi» (I k.), «Dinamik proqramlaşdırma üsulu» (I k.), «Oyunlar nəzəriyyəsinin elementləri» (I k.), «Optimal idarə nəzəriyyəsinin təqribi üsulları» (II k.), «İdarəetmənin stoxastik məsələləri» (II k.), «Ekstremal məsələlərin həllərinin varlığı» (I k.), «Sinqulyar həyəcanlanmış sistemlərdə optimal idarə məsələləri» (II k.), «Xüsusi törəməli tənliklərlə təsvir olunan sistemlərdə optimal idarəetmənin varlığı və təqribi qurulması» (II k.) İdarəetmə nəzəriyyəsinin əsas  məsələləri, Optimal  idarəetmə  nəzəriyyəsində maksimum prinsipi və optimallıq prinsipi

Bookmark and Share