Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası

Nəzəri mexanika kafedrası 1921-ci ildə yaradılıb. Kafedranın təşkili görkəmli alimlərin L.S.Leybenzon, E.İ.Yelkin və Z.İ.Xəlilov yaradıcılığı ilə sıx bağlıdır. Onun ilk rəhbəri görkəmli alim,sonradan SSRI EA-nın həqiqi üzvü olmuş, akademik L.S.Leybenzon olmuşdur.1935–1944-ci illərdə kafedraya prof. E.İ.Yelkin, 1944–1960-cı illərdə isə sonradan Azərbaycan EA-nın həqiqi üzvü və Azərbaycan EA-nın prezidenti,Mexanika-Riyaziyyat institutunun direktoru olmuş, akademik Z.İ.Xəlilov rəhbərlik etmişlər. Kafedraya 1960–1982-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, professor Y.Ə.Əmənzadə rəhbərlik etmişdir. Professor R.Y.Əmənzadə1982-2015-ci illərdə kadedranın müdiri olmuşdur. Kafedraya 2015-ci ildən dosent Y.M.Sevdimalıyev rəhbərlik edir.

Kafedra 1987-ci ildən Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası adlanır. Müxtəlif illərdə Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında mexanika elminin müxtəlif sahələri üzrə tanınmış alimlərdən AMEA-nın  həqiqi üzvü A.X.Mirzəcanzadə, professor M.Ə.Hüseynzadə, professor T.H.Bekdaşi, AMEA-nın müxbir üzvü, professor A.N.Əlizadə, professor C.Q.Ağalarov, professor M.B.Axundov, professor T.Q.Ramazanov, dosentlər M.H.Hacıyeva, A.B.Məmmədov və digərləri çalışmışlar

Kafedranın məzunları arasında AMEA-nın 2 akademiki- M.F.MehdiyevH.H.Quliyev, AMEA-nın 3 müxbir üzvü- A.N.Əlizadə, S.C.Əkbərov, R.H.Qardaşov, RTEA -nın akademiki və vitse prezidenti Ə.X.Şahverdiyev ,  Rusiyanın Əməkdar elm Xadimi professor M.Ə.Hüseynzadə, onlarla elmlər doktoru və 100-dən artıq elmlər namizədi  və  riyaziyyat üzrə fəlsəfə  doktorları vardır.

Kafedrada xarici ölkələrlən Misir Ərəb Respublikası, Kuba Respublikası, Vyetnam ,Gürcüstan,Özbəkstan və Türkmənistan Respublikaları üçün elmi kadrlar hazırlanmışdır.

Kafedra hal-hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: Sevdimalıyev Y.M.- Kafedra müdiri, dosent, fizika-riyaziyyat elmləri namizədi, Tağıyev M.M. - dosent əvəzi, fizika-riyaziyyat elmləri namizədi , Məmmədov X.B -dosent əvəzi, fizika-riyaziyyat elmləri namizədi , Əliyev A.B - baş müəllim, riyaziyyat üzrə fəlsəfə doktoru, Salmanova G.M - müəllim, riyaziyyat üzrə fəlsəfə doktoru, Kiyasbəyli E.T. - Aerohidromexanika tədris laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, Hüseynova R.M - kafedranın mühəndisi, Həsənli E.F. - baş labarant.

Kafedra deformasiya olunan bərk cisim mexanikası və maye, qaz mexanikası istiqamətləri üzrə elmi fəailiyyət göstərir. Bu illər ərzində kafedranın əməkdaşları tərəfindən 20-yə qədər monoqrafiya, dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə,onlarla metodik iş çap olunmuşdur.Tədris olunan fənlər üzrə proqramlar tərtib olunmuş, əlavə və düzəlişlər edilərək müasir tələblərə və tədris standartlarına cavab verməsi üçün onlar yenilənir

Kafedrada nəzəri mexanika,bütov mühit mexanikası, materiallar müqaviməti,deformasiya olunan bərk cisim mexanikası, hidromexanika, kompozit materiallar mexanikası, maye və qaz mexanikası, hidroelastiklik, yeraltı hidromexanika, dayanıqlıq və dağılma mexanikası, qruntlar mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, örtüklər nəzəriyyəsi, biomexanika və digər mexanika fənləri tədris olunur.


Kafedranın əməkdaşları:

f.r.e.n.,  dos. Yusif Məmmədəli oğlu Sevdimalıyev  (kafedra müdiri)

f.r.e.d.,  prof. əvəzi, AMEA-nın həqiqi üzvü, akad. Hətəm Hidayət oğlu Quliyev

t.e.d.,  prof əvəzi, AMEA-nın müxbir üzvü,  Qeylani Minhac öğlu Pənahov

f.r.e.n.,  dos. Müsrəddin Musa oğlu Tağıyev

r.ü.f.d.,  dos.  Alı Bakir oğlu Əliyev

f.r.e.n.,  dos. əvəzi  Xalid Binnət oğlu Məmmədov

r.ü.f.d.,  b/m   Gülnar Musa qızı Salmanova

f.r.e.n.,  lab.müd.   Enfira Tələt qızı Kiyasbəyli

mühəndis Ruqiyə Məhərrəm qızı Hüseynova

b/l   Elmira Fərhad qızı Həsənli

 

Kafedrada tədris olunan fənlər.


Bakalavr pilləsi üzrə:(050502)

Nəzəri mexanika

Bütöv mühit mexanikası

Materiallar müqaviməti

Hidromexanika

Maye qaz mexanikası

Elastiklik və plastiklik nəzəriyyəsi

Deformasiya olunan bərk cism mexanikası

Rəqslər və dalğalar

Rəqslər və dayanıqlıq

 

Magistr pilləsi üzrə:

Deformasiya olunan bərk cism mexanikası (060502)

Elmin (sahə üzrə) müasir problemləri

Elmin (sahə üzrə) tarixi və metodologiyası

Çatlar nəzəriyyəsi

Anizotrop elastiklik nəzəriyyəsi

Materialların realoqiyası

Dağılma mexanikası

Dayanıqlıq nəzəriyyəsi

Rəqslər və dalğalar nəzəriyyəsi

Hidroelastiklik

Örtüklər nəzəriyyəsi

Qeyri klassik mühitlərin deformasiyalanması və dağılması

Qazmada deformasiyalanan bərk cisim mexanikasının məsələləri

Neft quyu ətrafı süxurların deforomasiyalanması və dayanıqlığı


Maye, qaz və plazma mexanikası (060502).

Elmin (sahə üzrə) müasir problemləri

Elmin (sahə üzrə) tarixi və metodologiyası

Hemodinamikada BMM-nın məsələləri

Rəqslər və dalğalar nəzəriyyəsi

Hidroelastiklik nəzəriyyəsi

Yüksək sürətlər mexanikası

Yeraltı hidrodinamika

Cisimlərin mayedə axıdılması

Çoxfazalı sistem mexanikası

Neft və qaz mexanikasının muasir problemləri

Özlü elastiki mayelərin mexanikası

Qruntda neft və qazın sıxışdırılması məsələləri

Rəqslər və dalğalar nəzəriyyəsi

 

Doktorantura səviyyəsi üzrə:

Deformasiya olunan bərk cism mexanikası          (2002.01)

Maye, qaz və plazma mexanikası                           (2003.01)

 

Laboratoriyalar:

Möhkəmlik və plastiklik

Aerohidromexanika

Bookmark and Share