DIFERENSIAL VƏ INTEQRAL TƏNLIKLƏR KAFEDRASI
Diferensial və inteqral tənliklər kafedrası 1958-ci ildə yaradılmışdır. Kafedranın ilk müdiri Azərbaycan EA-nın müxbir üzvü, prof. Q.T.Əhmədov olmuşdur. 1975-2011-ci illərdə kafedraya professor Q.K.Namazov, 2012-ci Ildən 2018-ci illərdə isə f.-r.e.d., prof. N.Ş. İsgəndərov rəhbərlik edib. 2018 ci ildən isə kafedraya r.ü.e.d prof. Y.T.Mehrəliyev rəhbərlik edir Kafedra hal-hazırda aşağıdakı tərkibdədir: prof. Y.T. Mehrəliyev (kafedra müdiri), f.-r.e.d., prof. N.Ş. İsgəndərov (dekan) , f.-r.e.d., prof. M.Ə.Quliyev (məsləhətçi), f.-r.e.n., dos.M.İ. Əliyev, f.-r.e.n., dos. A.S.Fərəcov, f.-r.e.d., f.-r.e.n.,dos. A.İ.İsmayılov, f.-r.e.n.,dos. H.K.Musayev, f.-r.e.n., dos. Ş.H.Bağırov, f.-r.e.n.,dos. M.B.Mürsəlova, f.-r.e.n., b.müəl.X.T.İsmayılova, r.f.d. b.müəl. Qasımov T.M., baş laborant X.Ə.Əliyeva.
Kafedrada bakalavr təhsil pilləsi üzrə diferensial tənliklər, riyazi fizika tənlikləri, diferensial tənliklər üşün asimptotik üsullar, birtərtibli xüsusi törəməli diferensial tənliklər, inteqral tənliklər, magistratura təhsil pilləsində isə riyaziyyatın müasir problemləri, xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi, daxiletmə teoremləri və onların tətbiqləri, riyazi fizikanın tərs məsələləri, diferensial tənliklərin spektral nəzəriyyəsi, diferensial tənliklərin əlavə fəsilləri, yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələsi fənləri tədris olunur.
Kafedrada 1000-dən çox elmi məqalə, onlarla monoqrafiya, dərslik, dərs vəsaiti və metodik vəsaitlər yazılmış, 60-yə yaxın elmlər namizədi və 8 elmlər doktoru yetişdirilmişdir.
Kafedranın əsas elmi-tədqiqat istiqaməti xüsusi törəməli diferensial tənliklər üçün qoyulmuş müəyyən sinif başlanğıc, sərhəd və tərs məsələlərin həllinin varlığına, yeganəliyinə həsr olunmuşdur.
Kafedranın tərkibi:
R.ü.d., prof. Yaşar Topuş oğlu Mehrəliyev (kafedra müdiri)
f.r.e.d., prof. Nizaməddin Şirin oğlu İsgəndərov (dekan)
f.r.e.n., dos. Murğuzalı İslam oğlu Əliyev (0,5 şt.)
f.r.e.n., dos. Araz Salamulla oğlu Fərəcov
f.r.e.n., dos. Arif İbat oğlu İsmayılov
f.r.e.n., dos. Hümbət Kazım oğlu Musayev
f.r.e.n., dos. Şirmayıl Həsən oğlu Bağırov
f.r.e.n., dos. Mətanət Bala qızı Mürsəlova
f.r.e.n., b.m. Xanım Tofiq qızı Hüseynova
r.ü.f.d., b.m. Telman Mehdi oğlu Qasımov
b.l. Xuraman Əbdül qızı Əliyeva
Tədris olunan əsas fənlər:
BAKALAVRİAT
İXTİSAS: RİYAZİYYAT
Birtərtibli xüsusi törəməli diferensial tənliklər
Diferensial tənliklər üçün düz və tərs sərhəd məsələləri
Diferensial tənliklər üçün asimtotik üsullar
İXTİSAS: RİYAZİYYAT MÜƏLLİMLİYİ
Adi difrensial tənliklər
Riyazi fizika tənlikləri
İnteqral tənliklər
İXTİSAS: MEXANİKA
MAGİSTRATURA
Riyaziyyatın müasir problemləri
Xüsusi törəməli tənliklər üçün Koşi və Sərhəd məsələsi
Daxiletmə teoremləri və onların tətbiqləri
Yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələsi
Riyazi fizikanın tərs məsələləri
Differensial tənliklərin əlavə fəsilləri
Diferensial tənliklərin spektral nəzəriyyəsi