FUNKSİYALAR NƏZƏRİYYƏSİ VƏ FUNKSİONAL ANALİZ KAFEDRASI

Kafedra 1939-cu ildə yaranmış və akademik Ə.İ.Hüseynov   həmin ildən 1965-ci ilə kimi bu kafedraya rəhbərlik etmişdir.1965–1992-ci illərdə prof Ə.Ş Həbibzadə, 1992–1996-cü illərdə isə kafedra müdiri vəzifəsini professor O.Ə.Vəliyev icra etmişdir. 1996-cü ildən isə kafedraya professor Ə.M.Əhmədov rəhbərlik edir. Kafedrada bakalavr təhsili üzrə həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, funksional analiz, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və bu fənlərlə əlaqəli ixtisas fənləri tədris olunur. Magistratura pilləsində operatorların spektral nəzəriyyəsi, kompleks analiz və tətbiqləri və operator-diferensial tənliklər adlı əsas fənlər və Banax fəzasında xətti tənliklər, ümumiləşmiş funksiyalar və funksional fəzalar adlı seçmə fənlər tədris olunur. Kafedra dünyanın tanınmış universitetləri və elmi mərkəzləri (ABŞ, Fransa, Almaniya, Rusiya, Hindistan, Çin, Turkiyə, İran və s.) ilə əlaqə saxlayır. Kafedra əməkdaşları xətti operatorların spektral nəzəriyyəsi, operator əmsallı diferensial tənliklər nəzəriyyəsi və funksiyaların yaxınlaşma nəzəriyyəsi üzrə mühüm nəticələr almışlar. Bu nəticələr yuksək səviyyəli elmi jurnallarda nəşr olunmuşlar. Kafedrada yüzlərlə elmi məqalə, onlarla monoqrafiya, dərslik, dərs vəsaiti və tədris olunan fənlər üzrə metodiki göstərişlər yazılmışdır.

Kafedranın əməkdaşları:

f.r.e.d., prof. Əli  Mustafa oğlu Əhmədov  (kafedra müdiri)

f.r.e.d., prof.-məsl. Camal Islam оğlu Məmmədxanоv

f.r.e.d., prof. əvəzi Tahir Sədi оğlu Hacıyеv

f.r.e.n., dos. Matilda Axmеdоvna Tağıyеva

f.r.e.n., dos. Rauf Müsеyib оğlu Babayеv

f.r.e.n., dos. Еtibar Abasəli оğlu Rzayеv

f.r.e.n., dos. Tеlman Bеnsеr oğlu Qasımоv

f.r.e.n., dos. Sеvinc Fazil qızı Babayеva

f.r.e.n., dos. Tоfiq Babulla оğlu Əsədоv

f.r.e.n., dos. Miqdad Imdad оğlu Ismayılоv

f.r.e.n., dos Hicran Sabir qızı Məsimоva

b/l. Gülarə Faiq qızı Aslanbəyova

 

Bakalavr təhsil pilləsində

İxtisaslaşma  istiqamətləri:

Riyaziyyat

Riyaziyyat   müəllimliyi

Mexanika

Tədris olunan fənlər

Əsas:

Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi

Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi

Funksional analiz

Seçmə:

Funksiyalar  nəzəriyyəsinin  seçmə   fəsilləri

Funksional analizin seçmə   fəsilləri

Magistratura təhsil pilləsində tədris olunan fənlər:

Əsas:

Operatorların  spektral nəzəriyyəsi

Kompleks   analiz  və tətbiqləri

Operator-diferensial tənliklər

Seçmə:

Banax fəzasında xətti tənliklər

Ümumiləşmiş funksiyalar

Funksional   fəzalar

Bookmark and Share