Riyaziyyat və onun tədrisi metodikası kafedrası

Kafedra 1984-cü ildə yaradılmışdır. O vaxtdan 2012-ci ilə qədər kafedraya Respublikanın əməkdar müəllimi, əməkdar elm xadimi, f.-r.e.d., prof. K.İ.Xudaverdiyev rəhbərlik etmişdir.

Hal-hazırda kafedra aşağıdakı tərkibdə işləyir: f.-r.e.n., dos. S.C.Əliyev, r.e.d., prof. E.A.Qasımov, f.-r.e.n., dos. Q.Z.Abdullayeva, f.-r.e.n., dos. B.Ö.Tahirov, f.-r.e.n., dos. S.N.Əfəndi, f.-r.e.n., dos. F.M. Namazov, f.-r.e.n., baş müəllim Ş.A Həmidova , assistent G.M.Tahirova, baş laborant R.Ə.Yusubova, böyük laborant Ş.M.Ağazadə.

Kafedrada ümumi riyaziyyat, böyük riyaziyyat kursunun elmi əsasları, informatika və hesablama texnikasının tədrisi metodikası fənləri tədris edilib və diferensial tənliklər ixtisası üzrə ixtisas kursları oxunub. Hal-hazırda isə kafedrada bakalavr pilləsində riyaziyyat, elementar riyaziyyat, riyaziyyatın tədrisi metodikası, seçmə fənn, ümumi təhsil kurikulumun əsasları fənləri tədris olunur, magistratura pilləsində isə riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə ixtisas fənləri və seçmə fənlərdən mühazirə, məşğələ dərsləri aparılır. Mexanika-riyaziyyat fakültəsinin bütün tələbələrinin pedaqoji təcrübəsinə rəhbərlik edilir. Kafedranın əməkdaşları riyaziyyatın tədrisi metodikası sahəsində elmi-tədqiqat işləri aparmaqla yanaşı, diferensial tənliklər nəzəriyyəsinin bir sıra sərhəd məsələləri üçün varlıq, yeganəlik və keyfiyyət məsələlərinin öyrənilməsi istiqamətində mühüm nəticələr almışlar. Kafedranın yaradıcısı prof. K.İ.Xudaverdiyev 35 nəfər elmlər namizədi yetişdirmişdir, onlardan 2-si elmlər doktorudur. Onun yetişdirmələri Azərbaycanın, Türkiyənin və Özbəkistanın müxtəlif ali mək təbləri və elmi tədqiqat institutlarında müvəffəqiyyətlə çalışırlar. Kafedrada 500-dən çox elmi məqalə, 6 monoqrafiya, 6 dərs vəsaiti yazılmışdır.

Kafedranın əməkdaşları tərəfindən nəşr olunan kitablar:

  1. Əliyev S.C., Namazov F.M.,Tahirov B.Ö. Elementar riyaziyyat. Dərs vəsaiti. Bakı: Ləman nəşriyyatı 2017, 560 səh.
  2. Əliyev S.C., Namazov F.M.,Tahirov B.Ö. Riyaziyyatın tarixi və metodologiyası. Bakı: AFpoliqrAF nəşriyyatı, 2018, 280 səh.
  3. R.İ.Muradov, B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva - Məktəb riyaziyyat kursunun elmi əsaslarıB.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva - Riyaziyyatın tədrisi üsulları.
  4. Худавердиев К.И. Многомерная смешанная задача для нелинейных гиперболических уравнений (монография). Баку: Издательство Азгостехуниверситета, 2011, 611 с.
  5. Худавердиев К.И., Велиев А.А. Исследование одномерных обратных краевых задач в конечной и бесконечной областях  для полулинейных гиперболических уравнений второго порядка (монография), 2012, 143с.
  6. Худавердиев К.И., Махмудова M.Г. Исследование одномерной смешанной задачи для одного полулинейного уравнения Буссинеска четвёртого порядка (монография), 2012, 130 с.
  7. Худавердиев К.И., Намазов Ф.М. Исследование одномерной смешанной задачи для одного класса полулинейных симметрично регуляризованных уравнений длинных волн (монография), 2011, 184 с.
  8. Худавердиев К.И., Алиев С.Дж. Многомерная смешанная задача для одного класса полулинейных уравнений третьего порядка (монография). 2012,  252с.
  9. Qasımov E.A. Ümumtəhsil məktəblərində riyaziyyat kursunun bəzi mövzularının tədrisi. Dərs vəsaiti, 1995, 54 s.
  10. Namazov F.M. Məktəb riyaziyyat kursunda tənliklərin həlli üsulları. Bakı: Nur, 2008, 540 s.
  11. Qasımov E.A. Метод конечного интегрального преобразования и его приложения. (монография), 2009, 432 с


Kafedranın tərkibi:

f.r.e.n., dos. Səməd Cahangir oğlu Əliyev (kafedra müdiri)

r.e.d., prof.Elmağa Ağaqasım oğlu Qası­mov

f.r.e.n., dos. Qönçə Zülfüqar qızı Abdullayeva

f.r.e.n., dos. Bahadur Ömər oğlu Tahirov

f.r.e.n., dos. Sadəddin Nəsrəddin oğlu Əfəndi

f.r.e.n., dos. Faiq Mirzəli oğlu Namazov

p.e.n., b/m. Şəlalə Abdul Əhəd qızı Həmidova

r.ü.e.n., müəl. Gülnar Nizaməddin qızı İsgənddərova

müəl., 0,5 şt.,  Gülnarə Mahir qızı Tahirova

b/l Raina Əhməd qızı Yusubova

Tədris olunan əsas fənlər:

Bakalavr pilləsi:

Elementar riyaziyyat-1,2

Riyaziyyatın tədrisi metodikası-1, 2

Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər

Müstəvi üzərində həndəsi çevirmələr

Ümumi təhs. kurikul. əsasları

Riyaziyyat

Masgistr piləsi

Riyazi təhsilin müasir problemləri

Riyaziyyatın tarixi və metodologiyası

Riyazi təhsilin müasir metodik sistemi

Riyaziyyat təmayillü məktəblərdə riyazi təhsilin elmi əsasları

Riyaziyyat təmayillü məktəblərdə riyaziyyatın tədrisi metodikası

Elementar həndəsənin seçilmiş bölmələrinin tədrisi metodikası

Riyazi analizin seçilmiş bölmələrinin tədrisi metodikası

Ədədlər nəzəriyyəsinin seçilmiş bölmələrinin tədrisi metodikası

Proyektiv həndəsənin seçilmiş bölmələrinin tədrisi metodikası

Riyazi modelləşdirmə və statistikanın tədrisi metodikası

Çoxpilləli fasiləsiz riyazi təhsilin metodik təminatı sistemı

Məktəbdən kənar tədbirlərin təşkili və aparılması

Çətin riyazi məsələlərin həlli praktikumu

 

Bookmark and Share