HESABLAMA RİYAZİYYATI KAFEDRASI

Hesablama riyaziyyatı kafedrası 1961-ci ildə yaradılmışdır. İlk kafedra müdiri prof. Ə.Ş.Həbibzadə olmuşdur. 1965-ci ildən ömrünün sonuna – 2000-ci ilə qədər kafedraya əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AEA-nın müxbir üzvü, prof. Yəhya Cəfər oğlu Məmmədov rəhbərlik etmişdir. Bu illər ərzində prof.Y.C.Məmmədovun böyük əməyi hesabına respublikada hesablama riyaziyyatı bir elm sahəsi kimi yaranaraq inkişaf etmişdir.

Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: f.-r.e.d., prof. Q.Y.Mehdiyeva (kafedranın müdiri), f.-r.e.d., prof. V.R.İbrahimov, f.-r.e.n., dos. A.Y.Əliyev, b/m. B.B.Balakişiyev, f.-r.e.n., dos. E.İ.Əzizbəyov, r ü. f. d., dos. M.N.İmanova, r ü. f. d., b/m. A.M.Quliyeva, f.-r.e.n., b/m. G.X. Şəfiyeva, b.l G.A.Ağayeva, baş laborant R.R.Mirzəyev,  , baş laborant A.Q. Quliyev , baş laborant M.H.Böyükzadə, laborant G. Axundova.

Kafedrada bakalavr pilləsi üzrə EHM və proqramlaşdırma, kompüter elmlərinin əsasları, diskret riyaziyyat, EHM-də praktikum, hesablama üsulları, alqoritmik dillərə giriş, hesablama riyaziyyatı ixtisas kursu fənləri, magistr pilləsi üzrə elm və təhsildə kompüter texnologiyaları, operator tənliklərin təqribi üsullarla həlli, cəbri tənliklərin təqribi üsullarla həlli, informatikanın bəzi məsələləri, xüsusi törəməli diferensial tənliklərin təqribi üsullarla həlli, təqribi üsulların təbiət elmləri məsələlərinin həllində rolu, adi diferensial tənliklərin təqribi üsulları, splayn funksiya və onun tətbiqləri, qeyri-korrekt məsələlər, variasiya məsələlərinin ədədi üsullarla həlli fənləri tədris olunur. Kafedranın əməkdaşları beş yüzdən çox elmi məqalə, 7 monoqrafiya, 3 dərslik, 15 dərs vəsaiti çap etdirib. AMEA-nın müxbir üzvü, prof. Y.C.Məmmədovun, prof. A.Ə.Dosiyevin, prof. V.R.İbrahimovun, prof. F.Ə.Tağıyevin, prof. Ə.İ.Həsənovun, prof. Q.M.Əmirəliyevin rəhbərliyi ilə 50-dən çox namizədlik dissertasiyası müdafiə edilib. Kafedrada adi, xüsusi törəməli diferensial tənliklər və Volter tipli inteqral tənliklərin ədədi, analitik təqribi həll üsulları istiqamətində elmi iş aparılır.

KAFEDRANIN NAİLİYYƏTLƏRİ (2010-2016)
KAFEDRA  ƏMƏKDAŞLARININ  BEYNƏLXALQ  KONFRANSLARDAKI  UĞURLARI
HESABLAMA RİYAZİYYATI KAFEDRASININ 50 İLLİK YUBİLEYİ (PLENAR İCLAS)
HESABLAMA RİYAZİYYATI KAFEDRASININ 50 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS
KAFEDRA  ƏMƏKDAŞLARINA VERILƏN MÜKAFATIN TƏQDİMATI

YƏHYA MƏMMƏDOVUN ANADAN OLMASININ 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANS

Kafedranın əməkdaşları tərəfindən nəşr olunan kitablar:

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, prof. Y.C.Məmmədov – Təqribi hesablama üsulları

Kafedranın əməkdaşları:

f.r.e.d., prof. Mehdiyeva Q.Y. – kafedra müdiri

AMEA-nın müxbir üzvü, f.r.e.d., prof. İbrahimov V.R.

f.r.e.n., dos. Əliyev A.Y

b/m.Balakişiyev B. B.

f.r.e.n., dos. Əzizbəyov E. İ.

r.ü.f.d., dos. İmanova M.N.

r.ü.f.d., dos.əvəzi. Quliyeva A.M.

f.r.e.n., dos.əvəzi Şəfiyeva G.X.

r.ü.f.d. müəllim Ağayeva G.A

b/l. Mirzəyev R.R.

b/l. Quliyev A.Q.

b/l. Böyükzadə M.H.

l. Axundova G.Z.


Tədris olunan əsas fənlər
:

Bakalavr pilləsi:

Hesablama üsulları
Proqramlaşdırma
EHM-də praktikum
Diskret riyaziyyat
Hesablama riyaziyyatı

Informatika və təhsildə İKT

Mexanikanın hesablama üsulları

İnteqral tənliklərin təqribi hesablama üsulları

Sonlu fərqlər üsulu və onun tətbiqləri


Magistratura pilləsi:

Adi diferensial tənliklərin ədədi həll üsulları

Hesablama üsullarının elmi və texniki məsələlərin həllinə tətbiqi

Sərhəd məsələlərinin ədədi həlli

Ədədi üsulların xüsusi törəməli diferensial tənliklərin həllinə tətbiqi

Inteqral tənliklərin təqribi həll üsulları

Kafedrada aparılan elmi işlərin istiqamətləri aşağıdakılardır
“Operator tənliklərin təqribi hesablama üsulları”, “Adi diferensial tənliklərin təqribi hesablama üsulları”, “Xüsusi törəməli diferensial tənliklərin və inteqral tənliklərin təqribi hesablama üsulları”. Volter tipli inteqral və inteqro-diferensial tənliklərin çoxaddımlı üsullarla həlli.
Kafedrada (kafedra üzrə) 20-dən artıq dərslik və monoqrafiya və yüzlərlə elmi məqalələr dərc olunub.

Bookmark and Share