RİYAZİ ANALİZ KAFEDRASI
Riyazi analiz kafedrası 1934-cü ildə təşkil edilmiş və 1958-ci ilə qədər fəaliyyət göstərmişdir. 1934–36-cı illərdə kafedraya Moskva Universtitetinin yetirməsi prof. A.A.Buxştab, 1936–41-ci illərdə Ukrayna EA-nın həqiqi üzvü, prof. Y.B.Lopatinski,1941–58-ci illərdə Peterburq Universitetinin yetirməsi prof. M.R.Əfəndiyev rəhbərlik etmişlər. 1965-ci ildə funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası əsasında yenidən riyazi analiz kafedrası yaradılmış və kafedraya 31 yaşlı dosent A.Ə.Babayev müdir seçilmişdir. O, 1966-cı ildə elmlər doktoru olmuş, 1978-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. A.Ə.Babayev ömrünün sonunadək riyazi analiz kafedrasına rəhbərlık etmişdir. Kafedranın təşkili, onun elmi problemlərinin seçilməsi və bunun kimi mühüm işlərdə prof. A.Ə.Babayevin əvəzsiz xidmətləri olmuşdur. O, akademik Ə.İ.Hüseynovun yaratdığı qeyri-xətti sinqulyar inteqral tənliklər riyazi məktəbinin varisi olmuşdur. O, bu məktəbin sonrakı çoxsahəli inikişafında mühüm rol oynamış, özünün elmi məktəbini yaratmışdır. Kafedrada 40 ildən çoxdur ki, sinqulyar operatorlar və harmonik analiz elmi seminarı öz işini davam etdirir. Təhsilin bakalavr pilləsində əsasən riyazi analiz fənni tədris edilir. Kafedrada sinqulyar operatorlar və sinqulyar inteqral tənliklər, sinqulyar inteqral tənliklərin təqribi həlləri, analitik funksiyaların sərhəd məsələləri nəzəriyyəsi, funksiyaların yaxınlaşma nəzəriyyəsi, harmonik analiz, xətti və qeyri-xətti operatorların spektral nəzəriyyəsi kimi ixtisas kursları yaradılmışdır.
Kafedra əməkdaşlarının müxtəlif xarici və respublika elmi jurnallarında, Beynəlxalq konfransların materiallarında çoxlu sayda məzmunlu elmi məqalələri dərc edilmiş və 10-a qədər metodik göstəriş, dərs vəsaitləri və monoqrafiyalar çap edilmişdir. Kafedranın yetirmələrindən 12 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 2001–2005-ci illərdə kafedraya f.-r.e.d., prof. N.B.Kərimov ,2006-2014-cı ildən kafedraya f.-r.e.d., prof. S.K.Abdullayevrəhbərlik etmişdir.2016-cı ildən kafedraya f.r.e.d, prof S.S.Mirzəyev rəhbərlik edir.
Hal - hazirda Riyazi analiz kafedrası aşağıdakı tərkibdə fəaliyyət göstərir: prof Mirzəyev S.S, f.-r.e.d., prof. S.K.Abdullayev, . f.-r.e.d.. prof. Əliyev Z.S., r.ü.e.d, prof.Quliyev V.S.(əvəzçiliklə), f.-r.e.d., prof. Rzayev R.M (əvəzçiliklə) f.-r.e.n., dos. Abdullayev F.A., f.-r.e.n., dos. İlyasov N.Ə., f.-r.e.n., ,dos. Pənahov M.Q., f.-r.e.n., dos. Mustafayev E.M., f.-r.e.n., dos. Mehrabov V.A., f.-r.e.n., dos. Əliyev R.Ə, f.-r.e.n., baş müəlim Hacıyeva R.O., f.-r.e.n., baş müəllim Əkbərov A.Ə. r.f.d, müəllim Ömərova M.N, f.-r.e.n, müəllim Muradova Ş.Ə. r.f.d , müəllim Əmrahova A.F, böyük laborant Qazilova A.T.
Kafedranın əməkdaşları tərəfindən nəşr olunan kitablar:
- F.A.Abdullayev, E.H.Xəlilov - Furye sıraları nəzəriyyəsinə giriş.
Kafedra əməkdaşları:
f.r.e.d., prof. Sabir Sultanağa oğlu Mirzəyev (kafedra müdiri)
f.r.e.d., prof. Sadiq Kərim oğlu Əliyev
f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev (əvəzçi)
f.r.e.d., prof. Rəhim Mikayıl oğlu Rzayev (əvəzçi)
r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev
f.r.e.n., dos. Fuad Ağca oğlu Abdullayev
f.r.e.n., dos. Məzahir Qulam oğlu Pənaov
f.r.e.n., dos. Niyazi Ələddin oğlu İlyasov
f.r.e.n., dos. Eldar Mahmud oğlu Mustafayev
f.r.e.n., dos. 0,5 şt. Vuqar Abdulla oğlu Mehrabov
f.r.e.n., dos. Rəşid Əvəzağa oğlu Əliyev
r.ü.f.d., b/m. Asim Ələsgər oğlu Əkbərov
f.r.e.n., b/m. Ruhəngiz Oqtay qızı Hacıyeva
r.ü.f.d., b/m. Aynur Füzuli qızı Hüseynli
r.ü.f.d., 0,5 şt. Şəmsiyyə Əhliman qızı Muradova
r.ü.f.d., 0,5 şt. Mehriban Nazim qızı Ömərova
b/l. 0,5 şt. Aydan Tərlan qızı Qazilova
Tədris olunan əsas fənlər:
Bakalavr pilləsi:
Magistratura:
1. Elmin (sahə üzrə) müasir problemləri
2. Diferensial operatorların spektral nəzəriyyəsi
3. Funksiyaların konstruktiv nəzəriyyəsi
4. Qeyri-xətti analiz
5. Harmonik analiz
6. Furye çevirməsi, Laplas çevirməsi və onların tətbiqləri
7. Sinqulyar inteqral operatorların struktur xassələri
8. Analitik funksiyaların sərhəd xassələri və sinqulyar inteqral tənliklər
9. Sinqulyar inteqral tənliklərin mexanika məsələlərinin həllinə tətbiqləri
10. Sinqulyar inteqral operatorlar
11. Daxilolma teoremləri və onların diferensial tənliklərə tətbiqləri.