CƏBR VƏ HƏNDƏSƏ KAFEDRASI
Cəbr və həndəsə fənləri müxtəlif illərdə “Həndəsə”, “Həndəsə və cəbr”, “Cəbr və topologiya” adlı kafedralarda tədris olunmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində “Həndəsə” kafedrası yaradılmışdır. Kafedranın ilk əməkdaşları Y.B.Lopatinski və M.Ə.Cavadov olmuşlar. 1936-1938-ci illərdə kafedraya prof. A.S.Kovanko, 1938-1972-ci illərdə isə fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü M.A.Cavadov rəhbərlik etmişlər. 1959-cu ildən “Həndəsə” kafedrası “Həndəsə və cəbr” adı ilə fəaliyyətini davam etdirmişdir. 1969-cu ildə “Həndəsə və cəbr” kafedrasının bazasında iki kafedra: “Həndəsə” və “Cəbr və topologiya” kafedraları yaradılmışdır. “Həndəsə” kafedrasına 1972-2004-cü illərdə prof. N.T.Abbasov, “Cəbr və topologiya” kafedrasına 1969–1979-cu illərdə dos. M.R.Bunyatov, 1980–1994 illərdə dos. R.M.Sultanov (1980-ci il) və prof. M.S.Əkbərov (1980–1994-cü illər) rəhbərlik etmişlər. 1994–2002-ci illərdə “Cəbr və topologiya” kafedrasının müdiri dos. V.Ə.Qasımov, 2004–2006-cı illərdə “Həndəsə” kafedrasının müdiri professor K.İ.Xudaverdiyev olmuşdur. 2007-ci ildə “Həndəsə” kafedrasının adı dəyişdirilərək “Cəbr və həndəsə” adlandırılmışdır. 2006-2017-ci illərdə bu kafedraya dos. V.Ə.Qasımov rəhbərlik etmişdir. 2017-ci ildən kafedraya həndəsə və topologiya üzrə fizika-riyaziyyat elmləri doktoru, professor A.A.Səlimov rəhbərlik edir.
Kafedra hazırda aşağıdakı tərkibdə fəaliyyət göstərir: prof. A.A.Səlimov (kafedranın müdiri), prof. əvəzi S.Ə.Bayramov, dos. A.F.Köçərli, dos. N.Y.Əliyev, dos. V.Ə.Qasımov (0.5 ştat), dos. H.D.Fəttayev, dos. O.M.Məmmədov (0.5 ştat), dos. H.M.Qasımov, b/m. L.M.Nəsibova, dos. A.Ə.Hüseynova, dos. L.K.Həsənova, müəl., riy. üzrə fəl. dokt. N.Ə.Sərdarlı (0.5 ştat) , müəl. S.F.Kazımova, müəl.G.M.Məmmədova (0.5 ştat), müəl.S.T.Abdullayev (0.5 ştat), baş laborant V.F.Qasımova,
Kafedra yarandığı vaxtdan müxtəlif problem və mövzular, onlardan – diferensialanan çoxobrazlılar və onların tenzor laylanmaları üzərində müxtəlif diferensial-həndəsi strukturlar (anti-Hermit (Norden) çoxobrazlıları), hiperkompleks cəbrlər üzərində qurulmuş müxtəlif həndəsələr, Bul cəbrləri və onların homologiyaları, K - nəzəriyyə, C*- cəbrləri , Hilbert modulları, şəbəkə və qəfəslər nəzəriyyəsi və digər məsələlər əsas tədqiqat obyektləri olmuşdur. Kafedra yarandığı vaxtdan bu günədək onun əməkdaşları tərəfindən 30-dan artıq monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsaitlər və yüzlərcə elmi məqalələr yazılmışdır.
Kafedranın tərkibi:
f.r.e.d., prof. Arif Ağacan oğlu Səlimov (kafedra müdiri)
r.e.d., prof. əvəzi Sədi Əndam oğlu Bayramov
f.r.e.n., dos. Akif Firudin oğlu Köçərli
f.r.e.n., dos. Nəcəf Yaqub oğlu Əliyev
f.r.e.n., dos. Vaqif Əli-Muxtar oğlu Qasımov
f.r.e.n., dos. Habil Dövlət oğlu Fəttayev
f.r.e.n., dos. Oqtay Mübarək oğlu Məmmədov (daxili əvəzçiliklə)
f.r.e.n., dos. Hüsaməddin Məhəmməd oğlu Qasımov
f.r.e.n., dos. Leyla Kazım qızı Həsənova
r.ü.f.d., dos. Afaq Əziz qızı Hüseynova
f.r.e.n., 0,5 şt. müəl. Nazənin Əzizağa qızı Sərdarlı
b/m. Lyudmila Məhəd qızı Nəsibova
müəl. Sevil Fəhrat qızı Kazımova
0,5 şt. müəl. Günay Məmməd qızı Məmmədova
0,5 şt. müəl. Səbuhi Eldar oğlu Abdullayev
b/l. Vüsalə Fazil qızı Qasımova
“Cəbr və Həndəsə” kafedrası üzrə mühazirələr
1. Diferensial həndəsə və topologiya (R)
2. Hamar çoxobrazlılar nəzəriyyəsi (Mag-Həndəsə)
4. Laylanmalar nəzəriyyəsi (Mag-Həndəsə)
7. Həndəsə və topologiyanın əlavə fəsilləri (R)
8. Diferensial həndəsə və topologiya (RM)
9. Cəbr və ədədlər nəzəriyyəsi (rus bölməsi)
11. Həndəsə-1 (RM)
Bakalavr pilləsində tədris olunan fənlər:
- Cəbr və ədədlər nəzəriyyəsi
- Həndəsə
- Cəbr
- Analitik həndəsə
- Diferensial həndəsə və topologiya
- Diferensial həndəsə və tenzor hesabı
- Riman həndəsəsi
- Çoxölçülü həndəsə
- Analitik həndəsə və ali cəbr
- Çoxhədlilər nəzəriyyəsi
Magistratura pilləsində tədris olunan fənnlər
|
|
TEM - 010004 Həndəsə ixtisası |
TEM - 010005 Cəbr və topologiya ixtisası |
1. Qeyri - evklid həndəsələri |
1. Elmin müasir problemləri |
2. Elmin tarixi və metodologiyası |
2. Elmin tarixi və metodologiyası |
3. Hamar çoxobrazlılar nəzəriyyəsi |
3. Cəbri topologiya, qruplar nəzəriyyəsi |
4. Laylanmalar nəzəriyyəsi |
4. Təsvirlər nəzəriyyəsi |
5. Kartanın xarici formalar metodu |
5. C*-cəbrləri üzərində Hilbert modulları |
|
6. Kommutatorlar nəzəriyyəsi |
|
7. Qəfəslər nəzəriyyəsi |
|
8. Universal cəbr |
Seçmə fənlər |
|
6. Tenzor cəbri |
9. Təsvirlər nəzəriyyəsinin elementləri |
|
10. Kommutativ C*-cəbrləri |
|
11. Riyazi məntiq. Modellər nəzəriyyəsi |